Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyeden İranın teklifine cavab geldi…

01 Kasım 2016

7:00 pm


01/11/2016 [22:59]: xeber –
Başika mövzusunda biz hər kəsin konstruktiv roluna “hə” deyirik. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İranın Ankara-Bağdad arasında vasitəçilik təklifinə münasibət bildirərkən deyib. “İraq bizim üçün qardaş və qonşu ölkədir. İraqın suverenliyinə, bütövlüyünə verdiyimiz önəmi ən yaxşı rəsmi Bağdad bilir. Başika düşərgəsi əsassız narahatlıq yaratdı. Bu olmamalı idi. Amma biz problemi yoluna qoymaq üçün diplomatik səylərimizi əsirgəməyəcəyik. İranın burada müsbət rolu olarsa, bundan məmnun olarıq. Çünki İran da bizim qonşumuzdur. Başikada məqsədimiz İŞİD-ə qarşı yerli qüvvələrə təlim keçmək idi. Lakin lazımsız hala gəldi. İranın bu mövqeyi üçün dərin təşəkkürümüzü bildiririk”, – Çavuşoğlu bildirib. Qeyd edək ki, İran Xarici İşlər naziri Cavad Zərif Türkiyə-İraq münasibətlərinin normallaşması üçün ölkəsinin vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler