Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyeden gelen xahiş ve telebler üzerine bu addım atılıb”

26 Temmuz 2016

5:48 pm


26/07/2016 [21:46]: xeber –
“Şükürlər olsun ki, Türkiyədə Ərdoğan hökumətinin və türk millətinin qətiyyətli davranışı Türkiyəni, Türk demokratiyasını bu burulğandan az itkilərlə qurtara bildi.”sayt xəbər verir ki, bunu  millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirib.Deputat deyib ki, Türkiyədə həqiqətən də son 35 ilin ən təhlükəli hadisəsi baş verdi və bəlkə də çoxlarının ehtimal vermədiyi hərbi çevriliş kabusu yenidən ölkənin başı üzərindən keçdi: Bu cür çevrilişlər uşağa da bəllidir ki, beynəlxalq güclərin planı, dəstəyi və təminatı olmadan baş vermir. Burada ayrı-ayrı camaat, siyasət, əsgər, casus aktyorlarıdan istifadə olunur, ancaq ciddi şəkildə hazırlanmış bir Türkiyə ssenarisini gerçəkləşdirənlər heç şübhəsiz, Liviyanı, Suriyanı xaosa çevirənlərdən başqası deyil. Qarşısı alınmasaydı 2016-cı ilin hərbi çevrilişi 1980-ci ilin hərbi çevrilişindən daha dəhşətli nəticələr doğuracaqdı.1980-ci ildə türk ordusunu hakimiyyətə gətirən qüvvə anlaşılır ki, 2016-da bir xunta hakimiyyəti ilə prosesi yekunlaşdırmağı düşünmürdü. Sadəcə, qısa müddətə xunta hakimiyyəti ələ alırdı və mövcud iqtidarın tərəfdarları və strukturları, xüsusilə də polis təşkilatı barışmaz mövqe sərgiləyərək ordu ilə qanlı münaqişəyə girirdi və PKK, İŞİD kimi terrorçu qruplaşmaların qatılımı ilə ölkədə qarşısıalınmaz xaos başlayırdı. Bu darbənin qarşısının alınmasının dəyərini məhz bu kontekstdə görmək lazımdır.Təfərrüata gəldikdə isə, burada Gülən camaatının fəal rol alması da acınacaqlı bir durum yaratmış oldu. Əvvəllər Talibandan, İŞİD-dən, Üsamə bin Ladendən bəhs edərkən alternativ mədəni İslam olaraq təhsili, modernliyi önə çəkən insanları göstərmək olurdu. İndi isə bu proseslərdə bu və ya digər dərəcədə iştirakı əsas götürərək, bütün məktəblərin bağlanması, kollektiv günah siyasətinin tətbiq edilməsi, İslamın bayrağından təhsilsiz kütlələrin daha sıx yapışmalarına imkan yaratdı”.Olayların ardınca Azərbaycanda atılan addımlar, bəzi media qurumlarının qapadılması, Qafqaz Universitetinin Ali Neft Məktəbinə birləşdirilməsi kimi addımlar barədə fikirlərini bölüşən F.Mustafa bunları bildirdi: “Bir vaxt bolşevik Rusiyasında Trotskinin belə bir tezisi vardı ki, qolçomaq problemini birdəfəlik həll etmək üçün kəndlilərin yox edilməsi ən optimal yoldur. Beləcə, bir çox bölgələrdə kəndliləri aclığın əli ilə yox etdilər və nəticədə qolçomaqların da əksəriyyəti sıradan çıxmış oldu. İndi Türkiyədəki iç siyasətdə baş verənlərin dərinləməsinə təhlili bizə düşməz, ancaq Azərbaycanla əlaqəsi ola biləcək məsələlərə münasibət bildirməmiz daha məqsədəuyğun olardı. Fikrimcə, Qafqaz Universiteti Azərbaycanda ən səviyyəli ali məktəbdir və orada univeristetə oxşayan bir çox atributlar var. Ən yüksək bal toplayan tələbələrin də bu universiteti seçməsi təsadüfi deyil. Bu cür tələbələrin böyük əksəriyyətinin, ümumiyyətlə, dinlə, gülənçiliklə əlaqəsi yoxdur və sadəcə, elmlə əlaqələri olduğuna görə yaxşı təhsil verən universitet seçirdilər. Ümumiyyətlə, mənim dəyişməz fikrim budur ki, keyfiyyətli universiteti, kolleci, uşaq bağçasını bağlamanın çox böyük fəsadları yarana bilir və biz Azərbaycan cəmiyyəti olaraq yaxşı alternativlərimiz az olduğuna görə mövcud keyfiyyətli təhsil qurumlarına qarşı bu addımı atarkən ehtiyatlı olmalıyıq. Kimsəyə sirr deyil ki, Türkiyədən gələn xahiş və tələblər üzərinə bu addım atılıb və Azərbaycan tərəfinin də, ümumiyyətlə, məlum camaata dəxli olmayan minlərlə savadlı tələbənin və müəllimin taleyinə görə narahatçılığını sezmək olur. Burada ən ağıllı yol, universitet idarəçiliyinin indiki Türkiyə hökumətinə yaxın elm adamları ilə əvəz olunması, universitetin mövcud strukturunun və təhsil siyasətinin davam etməsi idi. Yenə də düşünürəm ki, ən optimal yollardan biri tapıldı, universitet ölkənin ən yaxşı ali məktəblərindən olan Ali Neft Məktəbinin tabeliyinə verildi. Bu məsələ təcili yekunlaşmalıdır ki, ali məktəbə qəbul olan abituriyentlər seçimlərini edə bilsinlər. Əks halda, həm onlar, həm də universitet ciddi sıxıntılar yaşamış olacaq”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler