Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyedeki qiyamı ABŞ İranla birge İncirlikde planlaşdırıb –

19 Temmuz 2016

7:24 am


19/07/2016 [11:21]: xeber –
Türkiyədəki son çevriliş cəhdinin təşkilatçıları ölkənin parçalanması və onun Asiya hissəsində xaos yaranması məqsədi güdürmüşlər…  sayt  Yaxın Şərqin “Boukhanni Press” agentliyinə istnadla xəbər verir ki, bu sözləri Hatay vilayətindəki orduların könüllü olaraq hökumət qüvvələrinə təslim olmuş komandanı sorğu zamanı söyləyib. ABŞ qiyam baş tutmadığı halda türk generalları qaçırmağa söz veribmiş… Yüksək rütbəli türk hərbçisi NATO-nun İncirlik hərbi-hava qüvvələri bazasında  çevriliş planlaşdıran amerikalı həmkarlarının onu aldatmasından sonra MİT-in Killis şəhərindəki bölməsinə gəlib. General deyib ki, Amerika nümayəndələri  bazada çevrilişə hazırlıq keçən bütün türk generallara qiyamın baş tutmayacağı halda onları ailələri ilə birgə ABŞ-a qaçıracaqlarını vəd edibmişlər. Ancaq amerikalı generallar öz vədlərinə əməl etməyiblər…Amerika  generallarının rəbhərliyi ilə İncirlikdə çevriliş üçün 12 həftəlik  gizli təlim keçirilib Öncədən razılaşdırıldığı kimi,  baş tutmamış qiyamdan sonra mülki paltar geyinmiş general İncirlik bazasına  gəlib. Lakin bütün cəhdlərinə rəğmən onu içəri buraxmayıblar. Yalnız bundan sonra general  cəzasının yüngülləşdiriləcəyi ümidi ilə Türkiyə xüsusi xidmət orqanlarına müraciət edib. Olayların vacib fiqurlarından biri kimi onu dərhal Killisdən İstanbula gətiriblər.General bildirib ki, qiyamın  gələcək iştirakçıları çevrilişə rəhbərlik etmək məqsədilə xüsusi olaraq   Vaşinqtondan gəlmiş  generalların rəhbərliyi ilə 12 həftəlik  məxfi instruktaj keçiblər. 10 min “İŞİD”çi və 5 min şiə döyüşçüsü Türkiyəyə keçməli imiş…Plana uyğun olaraq prezident R.T.Ərdoğanın devrilməsindən sonrakı 24 saat ərzində  Türkiyəyə 10 min “İŞİD”-çi keçməli imiş.  O biri gün isə İraqdan 5 min şiə döyüşçüsü və minlərlə Suriya xüsusi xidmət agentləri  ölkə ərazisinə yığışmalı imiş. Generalın sözlərinə görə, İncirlikdəki toplantılarda İranlı general da iştirak edib. O, 50 min ələvini maliyyələşdirib silahlandıraraq qruplarla İstanbul və Ankaraya   keçirməyə söz verib. Ancaq əcnəbilərə Türkiyənin Avropa hissəsinə keçmək qəti qadağan edilibmiş. Həmin ərazi yalnız qiyamçıların nəzarətində qalmalı imiş.Amerikanların kürdləri də silahlandırmaq təklifini iranlılar rədd edib…Bundan əlavə, ABŞ nümayəndələri kürd qruplaşmalarını da silahlandırmağı təklif ediblər. Ancaq İran generalları bundan qəti şəkildə imtina edərək  qiyam layihəsində iştirakdan imtina edəcəkləri ilə hədələyiblər.Xəbər də o da xatırladılır ki, ABŞ hərbi çevriliş cəhdində şübhəli bilinən İncirlik bazasının komandanı general Bekir Erkan Vana  siyasi sığınacaq verməkdən də imtina edib… Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler