Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyedeki partlayışda ölenlerin sayı 7-ye çatdı – Yenilendi

15 Ağustos 2016

2:56 pm


15/08/2016 [18:55]: xeber –
Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. sayt xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır. Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb. Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir. *** Türkiyənin Diyarbəkr vilayətinin Bismil rayonunda avtomobil yolunda yerləşən polis məntəqəsinə minalanmış avtomobillə hücum təşkil olunub. sayt Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli sayda insan yaralanıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və polis qrupları göndərilib. Son məlumatlara görə, biri nəfər ölüb, 11-i polis olmaqla çoxlu sayda insan yaralanıb. Partlayışdan sonra bölgəyə gedən təhlükəsizlik gücləri ilə terrorçular arasında qısa müddətli atışma baş verib. Qaçan terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat başlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler