Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyedeki olayların Azerbaycanda yaşanması üçün zemin ve esas yoxdur”

19 Temmuz 2016

12:00 pm


19/07/2016 [15:56]: xeber –
15 İyul tarixində Türkiyədə yaşanan hadisələr dünyanın diqqət mərkəzindədir. Dünyanın bir sıra ölkələri yaşanan bu şokdan sonra əlavə təhlükəsizlik tədbirləri görüblər, dövlət əhəmiyyətli binaların mühafizəsinə əlavə qüvvələr cəlb edilib. Maraqlıdır, bəs ölkəmizdə Türkiyədəki olaylardan dolayı gücləndirilm iş rejiminə keçilibmi, dövlət əhəmiyyətli binalar necə qorunur? Qardaş ölkədə yaşanan olaylar Azərbaycanda da yaşana bilərmi? Politoloq Ərəstun Oruclu sayt – a açıqlamasında bildirdi ki, Türkiyədə yaşananlar spesefik hadisələrdir:”Ərdoğan iqtidarına qarşı qiyam qaldıranlar elə o hakimiyyətin üzvləri idi. Bu spesefik hadisə idi. Biz bilirik ki, dövlətin, əhəmiyyətli obyektlərin təhlükəsizliyinə cavabdeh olan şəxslər ordu, polis olur. Bir halda ki, ordu təhlükəsizliyi qorumalı halda təhlükəsizliyi pozursa ondan qorunmanın əhəmiyyəti olmur. Azərbaycana gəlincə mən belə düşünürəm ki, ölkəmizdə belə halların yaşanması üçün zəmin və əsas yoxdur. Ümumiyyətlə isə istənilən bir dövlətdə hüquq-mühafizə orqanları qiyam qaldırsalar, bunun qarşısını almaq çətin olur. Yəni dövlətin daxilindən qiyam qaldıranlar quruluşun zəif və güclü nöqtələrini bilərək addım atırlar.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler