Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyedeki herbi qiyamın arxasında xarici xüsusi xidmet orqanları dayanır?

16 Temmuz 2016

7:48 am


16/07/2016 [11:46]: xeber –
Türkiyədəki hərbi
çevriliş cəhdi bütün dünyanın diqqət mərkəzindədir. Maraqlıdır, bu cəhdin
arxasında hansısa xarici dövlətin xüsusi xidmət orqanları dayana bilərmi?

sayt-a açıqlama
verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu ehtimalı
inandırıcı hesab etmədiyini qeyd etdi:

“Hələ ki, bu məsələ tam
bitməyib və buna görə də indi qəti fikir söyləmək çətindir. Amma Türkiyə
ordusuna xarici dövlətlərin xüsusi xidmət orqanlarının hər hansı təsirini
istisna edirəm. Kiçik təsirlər ola bilər. Lakin xarici xüsusi xidmət
orqanlarının ordunu çevrilişə təhrik edəcək qədər türk ordusu üzərində təsirə
malik olması mümkün deyil. Söhbət Türk SQ-dən gedirsə, burada bir və ya iki nəfəri
ələ almaq yetərli deyil. Yaxud ələ alacağın bir nəfər yüksək hərbi rütbə və vəzifəyə
malik bir şəxs olmur ki, o, bütün orduya əmr versin. Ola bilsin ki, xüsusi xidmət
orqanlarının ürəyindən belə bir şey keçsin. Lakin onların türk ordusuna böyük
miqyasda təsir etmək imkanları yoxdur. Odur ki, hərbi çevriliş cəhdinin
arxasında xarici dövlətlərin xüsusi xidmət orqanlarının dayanması ehtimalını
inandırıcı hesab etmirəm”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler