Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyedeki çevriliş cehdi Azerbaycan metbeelerini kağızsız qoyub

18 Temmuz 2016

8:44 am


18/07/2016 [12:40]: xeber –
Türkiyədəki çevriliş cəhdi
Azərbaycan mətbəələrini kağızsız qoyub. Bu barədə sayt-ı özəl mənbə məlumatandırıb.
Mənbənin sözlərinə görə, Türkiyədə daxili sabiliyin pozulması qardaş ölkədən Azərbaycana
gətirilən xüsusi növ bahalı kağız məhsullarının idxalının dayanmasına səbəb
olub. Nəticədə bəzi mətbəə və nəşriyyatlarda
ciddi kağız qıtlığı meydana çıxıb ki, bu da çap müəssisələrinin xidmət dairəsini
məhdudlaşdırıb. Hazırda bir çox mətbəədə vətəndaşlara göstərilən bəzi çap xidmətləri
dayandırılıb ki, buna mədaxil qəbzi və digər maliyyə sənədlərinin hazırlanması
daxildir.

Bilgili qaynağın sözlərinə
görə, Türkiyədən kağız idxalının təxminən iki həftədən sonra bərpa ediləcəyi
ehtimal edilir. Bəzi mətbəə sahibləri isə daha ciddi problemlə üzləşməmək üçün
Rusiyada kağız istehsalı ilə məşğul olan müəssisələrlə əlaqə yaratmağa, bu
boşluğu Rusiya faktoru hesablna doldurmağa cəhd edirlər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler