Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyedeki alman sefirliyi bağandı – qerez, yoxsa gerçek tehlüke?

15 Eylül 2016

11:28 am


15/09/2016 [15:03]: xeber –
Məlum olduğu kimi,
Almaniya terror təhlükəsinə görə Türkiyədəki səfirlik və konsulluğunu müvəqqəti
olaraq bağlayıb. Lakin bəzi siyasilər hesab edir ki, əslində Almaniya dövlətinin
belə bir addım atmasında məqsədi son vaxtlar ciddi problemlər yaşadığı Türkiyənin
turizm sektoruna zərbə vurmaq, Türkiyədə istirahətin insan həyatı üçün ciddi risk
kəsb etdiyi ilə bağl bütün dünyaya mesaj verməkdir. Hansı ki, yaxın günlərdə bəzi
Qərb dövlətlərinin də analojji addım atacağı ehtimal edilir.

Maraqlıdır, baş verənləri
Qərb dünyasının Türkiyəyə qarşı növbəti kampaniyası kimi dəyərləndirmək olarmı?
Yoxsa Türkiyədə həqiqətən də təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Almaniyanın məlum
addımını qərəzli hesab etmədiyini bildirdi:

“Heç kimə sirr deyil ki,
Türkiyə terror hədəsi ilə üz-üzədir. Buna qarşı ciddi mübarizə aparır. Lakin bununla
belə vaxtaşırı terror hadisələri baş verir. Dünən də baş verən terror hadisəsində
bir alman vətəndaşı həlak oldu. Türkiyədəki Almaniya səfirliyi buna görə
bağlanıb. Mən bunu Türkiyənin turizminə qarşı zərbə kimi qiymətləndirmirəm. Çünki
Almaniya və Türkiyə arasında viza rejimi yoxdur. Gəlmək istəyən hər bir alman
pasportunu göstərib Türkiyə ərazisinə daxil ola bilir.

Türkiyə və Almaniya
arasındakı münasibətdə müəyyən problemlər var. Lakin unutmaq olmaz ki, Türkiyə
və Almaniya eyni hərbi-siyasi blokun – NATO-nun üzvüdür. Onlar arasında
iqtisadi münasibətlər mütəmadi surətdə inkişaf edir. Türkiyə alman turistlərin
sevimli istirahət yeridir. Almaniyada böyük türk diasporu mövcuddur və s.
Almaniya-Türkiyə münasibətləri strateji əhəmiyyət daşıyır və xırda siyasi dəyişikliklərdən
asılı deyil”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler