Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede terror aktı neticesinde 5 nefer ölüb, 19 nefer yaralanıb- VİDEO

10 Ağustos 2016

6:36 pm


10/08/2016 [22:26]: xeber –
Türkiyənin Mardin vilayətində törədilmiş terror aktı nəticəsində 19 nəfər yaralanıb. “Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. Onun sözlərinə görə, yaralananlardan 6-sı polis, 13-ü mülki vətəndaşdır. “Habertürk”ün məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb. ****Türkiyənin Mardin şəhərində, Kızıltepe Rayon Dövlət Xəstəxanasının qarşısında terror aktı törədilib. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, zirehli polis avtomobilinin keçidi sırasında uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Məlumata görə, partlayış nəticəsində avtomobildə olan xeyli sayda polis və ətrafdakı mülki vətəndaşlar yaralanıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar göndərilib. Ərazidə silah səslərinin duyulduğu bildirilir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler