Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede sabitlik Heyder Əliyevin ideyasından istifade olunaraq müveqqeti berqerar olunub

16 Temmuz 2016

3:16 pm


16/07/2016 [19:07]: xeber –
“İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri Rasim Məmmədov sayta açıqlamasında Türkiyədə baş
verən dövlət çevrilişi cəhdinə münasibət bildirib.

R.Məmmədov hazırda
Türkiyədə sabitliyin Heydər Əliyevin “Xalq dövlətin vahid mənbəyidir”
ideyasından istifadə olunaraq müvəqqəti bərqərar olunduğunu deyib:

“Türkiyədə
baş verən dövlət çevrilişinə cəhdini bəzi politoloqlar bu gün 1994-cü il
hadisələri ilə müqayisə edirlər. Onlar daha çox tarixi və dahi şəxsiyyət Heydər
Əliyevin atdığı addımı yada salırlar.

Mənə elə
gəlir ki, Türkiyədəki bu çevriliş cəhdini Qərbdən idarə edən qüvvələr var və onlar elə həmin qüvvələr idi ki, 4-5 ay bundan öncə də bizim xüsusi xidmət
orqanlarında Qərb tərəfindən ələ alınmış, istifadə olunmuş şəxslər vasitəsilə dövlətimizə
suiqəsd hazırlamışdılar. Sadəcə olaraq bizdə Heydər Əliyev siyasətinin güclü
olması təsdiq olundu. Türkiyədə isə Atatürk ideyasından bir qədər kənara çıxılması,
Türkiyədəki ictimai-siyasi sabitliyi pozmaq, xalqı, dövləti daha çox narazı
salmaq bu kimi hadisələrlə nəticələndi. Gördüyümüz kimi, Türkiyənin özündə də
hakimiyyət tərəfindən susqunluq baş verdi, heç bir reaksiya verilmədi. Qərbin
verdiyi bəyanatlara, Lavrovun, Kerrinin və yaxud NATO-nun verdiyi bəyanatlara
üstünlük verərək, özlərinin susqunluğunu, çaşqınlığını ortaya qoydular.

Bəli, Türkiyədə
sabitlik Heydər Əliyevin “Xalq dövlətin vahid mənbəyidir” ideyasından istifadə olunaraq
müvəqqəti bərqərar olunub. Türkiyədə baş verənlər, sanki rusun “stoy, kto idet”
komandası kimi bir şeydir. Bir silkələnmə, zərbə oldu, Allah sonrasından
qorusun.

Mən xaricdə
dəfələrlə universitet tələbələri qarşısında çıxışlarımda demişəm ki, nə qədər
ki, Atatürk və Heydər Əliyev ideologiyası yaşayır, dövlət siyasəti bu
ideologiya üzərində tam nəzarət edici formada həyata keçirilir, o dövlət
monolit, möhtəşəm dövlət olacaq. Yox, əgər o dövlət həmin adla qalar, ancaq həmin
ad altında başqa-başqa riyakar hadisələr baş verər, o dövlət hər zaman belə
çalxalanacaq, laxlayacaq”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler