Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede qondarma “ermeni soyqırımı”na hesr olunmuş konsert leğv olunub

25 Ekim 2016

9:40 pm


26/10/2016 [01:39]: xeber –
Almaniya XİN-i Drezden simfonik orkestrinin ölkənin İstanbuldakı baş konsulluğunda keçirilməsi nəzərdə tutulan konsertini ləğv edib. Konsertdə qondarma “erməni soyqırımı”na həsr olunmuş “Aghet” əsərinin ifa olunması nəzərdə tutulmuşdu.“Noyabrın 13-də konsert keçirmək üçün baş konsulluğun binasında boş otaq olmayacaq”, – deyə DPA agentliyinə Almaniya XİN-dən bildirilib.Agentliyin məlumatına görə, XİN qonaq qismində konsertə kimlərin dəvət edildiyini öyrəndikdən sonra tədbiri ləğv etməyə qərar verib. Dəvətnamələrin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdağan, baş nazir Binəli Yıldırım, XİN rəhbəri Mövlud Çavuşoğlu və mədəniyyət və turizm naziri Nəbi Avciyə göndərildiyi məlum olub.Almaniya və Türkiyə arasında bir müddət əvvəl Bundestaqın “erməni soyqırımı”nın tanınmasına dair qətnaməsinin qəbul etməsi ilə bağlı yaşanmış narazılıq fonunda bu cür dəvətlər ən azından qəribə görünür.  “Dəvətnamələr XİN-in iştirakı olmadan göndərilib”, – deyə nazirlikdən bildirilib.  Drezden simfonik orkestri “Aghet” əsərini noyabrda Belqradda və İrəvanda ifa etməyi planlaşdırır. (apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler