Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede qanlı cüme- Vüqar Ziferoğlu yazır

16 Temmuz 2016

1:04 pm


16/07/2016 [17:03]: xeber –
İyul ayının 15-də axşam saatlarından başlayaraq Türkiyədə yaşananlar sözün həqiqi mənasında bütün dünyanın gündəmini nəinki silkələdi, hətta bundan daha bir neçə gün sonraya bu gündəmi zəbt edə biləcək bir ağırlıqda oldu. Türkiyədə hərbi çevriliş cəhdi yaşandı və baş verənlər qanlı və dağıdıcı səhnələri ilə qardaş ölkənin üzərində necə vahim və təhlükəli oyunların oynandığını bir daha üzə çıxartdı. Yurdda Sülh Konseyi adlı hərbçilərdən ibarət qrupun çevriliş cəhdi onlarla polis, hərbçi və vətəndaşın qanının axmasına səbəb oldu. Türkiyədə qardaş qanı axdı, amma çevrilişə cəhd edənlər də hədəflərinə çata bilmədilər.Bu vahim gecə kifayət qədər ciddi sualları və yaratdığı şübhəli məqamlarla hələ çox müzakirə ediləcək.Ortada çevrilişə cəhd faktı var və bu faktdan çıxış edərək cavablandrılması vacib olan suallar: Çevrilişə cəhd edən tərəfin məqsədi nə idi və onlar hansı qüvvənin təmsilçiləri idilər? Və Türkiyə siyasi tarixində ikinci baş tutmayan bu açıq çevriliş cəhdi (birincisi 1962-ci ildə albay Tələt Aydəmirin təşəbbüsü ilə olmuşdu) niyə baş tutmadı? Sualları qısa şəkildə cavablandırmağa çalışaq. Çevrilişin səbəbiBirmənalı şəkildə vurğulaya bilərik ki, çevriliş cəhdi ənənəvi üsulla ölkənin xarici siyasətini dəyişdirməklə regionun geosiyasi mənzərəsinə ciddi şəkildə təsir etməyi hədəfləmişdir. Türkiyədə bu şəkildə baş verəcək siyasi dəyişiklik heç şübhəsiz ki, bütünlükdə Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi. Çevrilişə cəhdin zamanlaması diqqət çəkir. Türkiyə son bir ayda xarici siyasətində əhəmiyyətli dəyişikliklər etdi. İsraillə Roma anlaşmasının ardından Rusiya ilə münasibətlərin normal məcraya doğru istiqamətlənməsi, əslində vacib məqamlar idi və təkcə qardaş ölkə üçün deyil, bütünlükdə region üçün öz təsirini göstərə biləcək gücə malikdir. Türkiyənin bu uğurlu diplomatik həmlələrindən həmən sonra İstanbulda cəmi 2 həftə əvvəl törədilən qanlı terrorun ardınca, çevriliş ssenarisinin işə düşməsi, əslində ortada olan dəhşətli mənzərəni tam mənası ilə sərgiləmiş olur. Hər halda İsraillə razılaşmanın əldə edilməsi, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımların atılması heç də bütün tərəfləri razı salmır. Yani çevrilişin düyməsinin Türkiyədən kənarda basılması ehtimalı çox yüksəkdir. Bu bir oyun idimi?Əslində baş verənlərin bir az qəribə ssenari üzrə getməsi belə bir şübhələrə də yol açdı ki, baş verənlər bir qurmadır və iqtidarın öz mövqelərini daha da möhkəmlətməsi, eləcə də başqanlıq sisteminəı keçidin tam qaranti altına alınmasına hesablanıb. AKP liderinin və rəhbərliyinin belə bir təhlükəli oyuna gedəcəyinə inanmıram. Bəli, Ərdoğan riski sevən siyasətçidir və ona hər kəsin birmənalı olmayan münasibətindən asılı olmayaraq faktdır ki, həm də məhz xarizması və riskli davranışları ilə 14 ildir ki, Türkiyə tarixində bir siyasi partiyanı təkbaşına iqtidar edə bilir (bunun digər səbəbləri barədə dəfələrlə təhlili yazılarımızda qeydlər etmişik). Əslində proseslərin miqyası, həbs edilənlərin sayı və statusları da bunun imitasiya olmadığı qənaətini yaradır. Lakin təbii ki, bu çevrilişə cəhdin, Türkiyənin alışmış olduğu ənənəvi hərbi çevrilişlərdən fərqi çox oldu, bu barədə bir az sonra…Lakin bele bir cəhdin düzənlənməsi, heç şübhəsiz ki, Ərdoğanın prezident üsul-idarəsinə gedən yolunu nəinki tamamən açdı, eyni zamanda hər zaman Türkiyədə siyasi iqtidarlara baş ağrısi olan ordunun nüfuzunu zəiflətdi və eləcə də iqtidarın özü üçün bir “güvən təzələnməsi testi” funksiyasını oynamiş oldu. Amma burada bir vacib məqam da var: Bu çevrilişin qarşısının alınması yalnız Ərdoğanın və AKP-nin xidməti deyil, burada siyasi müxalifətin, eləcə də sadə TÜRK VƏTƏNDAŞININ rolu son dərəcə böyükdür. Fərqlər…İlk növbədə bunu vurğulayaq ki, Türkiyə artıq 90-cı illərdə deyil və zamanla sistemdə və eləcə də qanunlarda, hətta zehniyyətdə baş vermiş ciddi dəyişikliklər əvvəlki kimi siyasi həyata birbaşa müdaxiləni demək olar ki, mümkünsüz edib. 21-ci əsrin ikinci onilliyində, media texnologiyalarının, informasiya ötürücülərinin bu qədər inkişaf etdiyi bir dönəmdə yalnız TRT efirinin nəzarətə götürülməsi ilə işi bitmiş hesab etmək olmaz. Və əslində prosesə bu qədər bəsit yanaşmanın özü, yuxarıda qeyd etdiyimiz “çevriliş imitasiyası”nın qurulması ilə bağlı şübhələrə yol açmışdı. İnternetin kəsilməsi, telefon xətlərinə nəzarətin təmini, siyasi iderlərin göz altına alınması və ümumilli kanalların nəzarətə alınması – normalda atılması labüd olan ilk addımlar idi və bundan əvvəl gerçəkləşdirilmiş hərbi çevrişlərin də dəsti-xəttinə uyğun gələrdi. Amma biz, bu dəfə tamamən fərqli yanaşmalar gördük: Polislə birbaşa qarşıdurmaya gedildi, dövlət institutlarına (məsələn, TBMM) raket zərbələri endirildi, qan töküldü…Məhz bu cür fəqliliklər ciddi şübhələrə yol açmaqda və beyinlərdə suallar yaratmaqdadır. Yuxarıda qeyd etdiyimiz fəqrli məqamları, təbii ki, AKP-nin “çevriliş oyunu” versiyasını kənara qoymaq şərti ilə bu formada izah edə bilərik: Prosesə hazırlıqsız şəkildə start verilib və ya əməliyyata başlamaq barədə verilən qərar ani olub, əməliyyat tam şəkildə koordinasiya edilməyib. Hətta belə də demək olar ki, bu cəhdin başında duranların prosesi idarə etməyə həm gücləri, həm də, yumuşaq desək səriştələri də kifayət etməyib. Qeyd edim ki, bu faktın özü, Türkiyə Silahlı Qüvvələrinin başında duran peşəkar hərbçilərin bu cəhdin arxasında durmamasını sübut edən ən bariz nüminə olaraq da götürülə bilər. Çevriliş niyə baş tutmadı?Lakin çevrilişin baş tutmasına mane olan 3 vacib məqam da oldu:1. Ordu tam olaraq bu çevrilişin içində deyildi. Bunu üç önəmli fakt sübut edir: Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlər tərəfindən girov götürülməsi, Birinci Ordu Komutanı Orgeneral Ümit Dündarın çevrilişə cəhd edənlərin 1-ci Ordu Komutanlığı içində kiçik bir qrupu təmsil etmələri ilə bağlı açıqlaması və eləcə də bu cəhdin Türkiyə siyasi tarixində bundan əvvəl uğurla gerçəkləşdirilən 3 hərbi çevrilişə qətyyən oxşamaması. Cəhdin arxasında sadəcə müəyyən, kiçik qrupun olması və ordunun prosesə tam dəstək verməməsi əslində önəmli faktordr. Həmin qrupun hansı dairələrə bağlılığı və eləcə də hansı fikir və ideya daşıyıcıları olması barədə isə fikir ayrılığı var. Rəsmi versiyaya görə çevrilişə cəhd edən qruplaşma “Paralel yapı” adı ilə tanınan Fətullah Gülən camaatına yaxın insalardır. Digər versiya isə Ordunun içində olan və iqtidara münasibəti kəskin olan Atatürkçü hərbçilərdir. Lakin burada ciddi və üzərində xüsusi olaraq durulması vacib olan məqam var: TÜRK ORDUSU – TÜRK MİLLƏTİNİN VƏ TÜRK CÜMHURİYYƏTİNİN QÜRURU VƏ MÜDAFİƏÇİSİDİR! HEÇ BİR HALDA BAŞ VERƏNLƏR ORDUNUN NÜFUZUNUN LƏKƏLƏNMƏSİ VƏ ORDU HEYƏTİNİN YIPRADILMASINA XİDMƏT ETMƏMƏLİDİR! Bütün ordunun hədəf olaraq göstərilməsi heç şübhəsiz ki, Türkiyənin özündə ciddi fikir ayrılıqlarına və parçalanmaya təkan verə bilər. Zatən bu parçalanma demək olar ki, artıq yaşanmaqdadır. İndi həm siyasi, həm sivil olaraq hər bir Türkiyə vətəndaşı ordunun psixoloji basqıdan qurtulmasına yardımçı olmalıdır. Təbii ki, keçmişdə bəzi travmalar yaşamış hərbi güclər üçün bu dönəm heç də asan başa vurulmayacaq. Unutmaq olmaz: Çevrilişi Türkiyə silahlı Qüvvələri etməyib və zatən etsəydi, bu günki Türkiyədə tamamən başqa bir mənzərə yaranardı.2. Siyasi birlik. Müxalifət partiyaları birmənalı şəkildə siyasi birlik nümayiş etdirdilər və siyasi, ideoloji baxışlarından asılı olmayaraq hər kəs bu cəhdi pisləyərək qarşı mövqe sərgiləmiş oldu. Hətta hərbi çevrilişlər zamanı belə orduya hər zaman ənənəvi müsbət referansları ilə tanınan CHP-nin birmənalı şəkildə olanları pisləməsi və çığırışı, eləcə də ordu da nüfuzu olan MHP-nin eyni mövqe sərgiləməsi, heç də bütün ordunun bu çevrilişdə iştirak etməməsini ortaya qoyan ayrı bir məqam kimi də qəbul edilə bilər. 3. Media dəstəyi. Dünənki hadisələr bir daha sübut etdi ki, media son dərəcə ciddi bir gücdür və IV hakimiyyət kimin arxasındadırsa o qalib olacaq. Hətta Ərdoğanın xalqı meydanlara səsləmək məqsədi ilə indiyədək hər zaman əleyhinə olduğu sosial media alətlərindən (skayp) istifadə etməsinin özü, düşündürücüdür. Nəticələri nə olacaq?Təbii ki, yaxın gələcəkdə bunun nəticələrini görəcək və hiss edəcəyik, olanlar heç şübhəsiz ki, son dərəcə dərin izlər buraxdı. Vacib olan, dünən verilən mesajları hər mənada doğru oxuya bilməkdir. Unutmayaq ki, bu gün AKP iqtidarı ilə düşmən mövqedə olan “paralel yapı” adlanan nurçu-fətullahçı cameənin Türkiyədə mövqelərinin güclənməsi dövrü məhz elə AKP iqtidarı dövründə oldu! Uzun zaman “Ərgənəkon”, “Balyoz” və sair bu kimi qondarma əməliyyatlarla ordunun zəiflədilməsi, nüfuzdan salınması dönəmi də məhz bu dönəmlərdə baş verib!Dünən yaşananlar heç şübhəsiz ki, demokratiyaya bir qəsd idi. Amma burada ən önəmli olan MİLLİ İRADƏni ortaya qoyan TÜRK MİLLƏTİdir. Türkiyə 21-ci əsrdə demokratiya şəhidləri verdi və həm bu şəhidlər, həm də siyasi mövqeyindən asılı olmayaraq küçələrə çıxan sadə Türki vətəndaşı Türkiyənin həyatında necə böyük rol oynadığını və onun – TÜRK MİLLƏTİNİN – iradəsindən kənar bir şey gerçəkləşdirməyin mümkünsüzlüyünü ortaya qoymuş oldu. Cəmiyyəti bölmək, üz-üzə gətirmək təhlükəsi var və məqsəd Türkiyənin bir güc olaraq siyasi iradəsini sındırmaq, Türkiyəni dövlət olaraq çökərtməkdir! Və son olaraq…Çevrilişə cəhd edənlər də, onun qarşısında duranlar da Atatürk və cümhuriyyət dəyərlərinin, ilkələrinin müdafiəsinə qalxdıqlarını bildirirdilər. Heyf…Sənin adınla alver edənlər nə çox imiş, PAŞAM…Qadir Mövlamız dünən həyatını itirən hər kəsə rəhmət etsin…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler