Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede konstitusiya deyişikliyi ile bağlı komissiya yaradılır

01 Ağustos 2016

3:24 pm


01/08/2016 [19:23]: xeber –
Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılır. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, artıq ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib. Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.   Xəbərdə komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşdirilmədiyi bildirilib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler