Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede fövqelade veziyyet rejiminin müddeti uzadılacaq

29 Eylül 2016

7:32 am


29/09/2016 [11:30]: xeber –
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekununda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasını hökumətə tövsiyə edilməsinə dair qərar qəbul edilib. sayt “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən MTŞ iclasının yekununa dair bəyanatda qeyd edilir ki, hüquqi dövlətin, eləcə də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə səmərəli tədbirlərin həyata keçirilməsi məqsədi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılmalıdır. MTŞ altısaatlı iclasının iştirakçıları terror təşkilatları ilə mübarizənin davam edilməsində qətiyyət nümayiş etdiriblər. “Terror təşkilatları arasında heç bir fərq qoyulmayacaq. Eyni zamanda, bir sıra Aİ ölkələrinin PKK/PYD-YPG kimi terror təşkilatlarının fəaliyyətinə reaksiya verməmələri narahatçılıq yaradır. Terrorizm beynəlxalq siyasətin vasitəsi olmamalıdır”, – sənəddə deyilir. Türkiyə hökumətinə MTŞ daha bir tövsiyəsi iyul ayının 15-nin Demokratiya və azadlıq günü elan edilməsidir. Həmçinin Suriya xalqına dəstəyin vacibliyi, Türkiyənin milli təhlükəsizliyinə təhdidin qarşısını almaq məqsədi ilə Suriyanın şimalında davam edən “Fərat qalxanı” əməliyyatının əsaslı olması vurğulanır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler