Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede cinler “CİP”lerle gezib – Ağılasığmaz iddia…

19 Ekim 2016

4:36 pm


19/10/2016 [20:33]: xeber –
Rusiya alimləri Türkiyə ərazisində tarixdən bildiyimiz heç bir dövrə uyğun gəlməyən sivilizasiya izləri tapıblar. sayt-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu gözlənilməz kəşfi  Təbiət Elmləri üzrə Fundamental Tədqiqatlar mərkəzinin direktoru, geologiya – minerologiya elmləri namizədi Aleksandr Koltıpinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu edib.  A.Koltıpin “Avtovzqlyad” portalına müsahibəsində “Frigiya vadisi”(Anadoluda ermənilərin iddia etdiyi qədim dövlət ərazisi) deyilən ərazidə qədim qaya-şəhərlərini tədqiq edərkən torpaq yolda qeyri-adi nəqliyyat izlərinə rast gəldiklərini deyir. Təkər izləri o qədər dərin olub ki, onlar boyu adi yüngül avtomobillə irəliləmək çətin olub. Alimlər avtomobildən düşərək izlərlə maraqlanıblar. Məlum olub ki,  dərinliyi bəzi yerlərdə 1 metrə çatan daşlaşmış bu təkər izləri tufogen tərkiblidir(milyon illərin təbii çöküntülərinin qarışığı) və neogen dövrünə( geoloji Kaynozey arasının ikinci dövrü:23,03 mln. öncə başlayıb, 2,588 mln. il  öncə bitib) aiddir.Rusiyalı alim şübhə etmir ki, bu izlər 10-15 mln. il bundan qabaq hazırkı mərkəzi Türkiyə ərazisində  mövcud olmuş ağıllı varlıqların sürdüyü  “cip”lərə, hər yerdə gəzə bilən naməlum nəqliyyat növünə aiddir. Koltıpin bu izlərin müqəddəs kitabların, o cümlədən Quranın yazdığı kimi, Yer üzündə insanlardan öncə cinlərin yaşaması barədə müddəanı təsdiqləməsini də istsna etmir. Tədqiqatçı hesab edir ki, belə tapıntılar bəşəriyyət tarixi haqqında klassik təsəvvürləri alt-üst etdiyi üçün arxeoloqlar bu mövzulara toxunmurlar. Maraqldır ki, Koltıpinin həmkarlarından biri Türkiyənin digər qədim əyaləti – Kappadokiyada da belə nəqliyyat izlərinə rast gəlindiyini bildirib.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler