Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede çevriliş cehdinde Vaşinqtonun eli üze çıxdı –

31 Temmuz 2016

7:56 pm


31/07/2016 [23:53]: xeber –
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı hər gün yeni-yeni ilginc informasiyalar üzə çıxır. Bunlardan biri də həmin qanlı gecədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kölgəsi hesab olunan dünyaca məşhur “Stratfor” Şirkətinin təxribatçı davranışları və hətta həmin olaylardan bir neçə saat əvvəl Türkiyədə hərbi çevrilişin baş verməsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaymasıdır. sayt xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanları həmin gecəyə aid onlarla təxribatçı və çevrilişi dəstəkləyən, qiyamçıları Ərdoğanı sui – qəsdə təhrik edən yönləndirici məlumatları araşdırmağa başlayıblar və şok nəticəyə gəliblər. Bəlli olub ki, Vaşinqtonda ən azı saatlar öncə bu çevriliş cəhdindən xəbərdar olublar və nəinki müttəfiqləri olan rəsmi Ankaranı məlumatlandırmayıblar, əksinə, qiyamçılara hər cür mənəvi, kəşfiyyat məlumatları verərək hətta Ərdoğanın təyyarəsinin nə vaxt havaya qalxdığını, nə vaxt Atatark hava limanına endiyini qiyamçılara bildirməklə onun fiziki məhvi üçün əllərindən gələni əsirgəməyiblər. Hələlik Türkiyə təhlükəsizlik orqanları bu təxribatı zərgər dəqiqliklə araşdırmaqla məşğuldur. Amma bəri başdan əminliklə bildirmək olar ki, bu məlumatlar təkzibedilməz faktlarla sübuta yetiriləcəyi halda Ankara – Vaşinqton arasında çox sərin küləklər əsməyə başlayacaq və ikitərəfli münasibətlərdə bərpaolunmaz çatlar yaranacaq.Xatırladaq ki, “Stratfor” Qlobal Məlumat Şirkəti 1996-cı ildə ABŞ Texas ştatının Austin şəhərində tanınmış siyasi alim Corc Fridman tərəfindən yaradılıb və bütün dünyada 2 milyonluq oxucu kütləsinə malikdir. “Stratfor” müstəqil, qeyri-siyasi və siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan qurumdur. Şirkətin məhsullarından ABŞ və xarici hökumətlər, qlobal korporasiyalar və fərdi şəxslər faydalanır. Amma bu şirkətin rəsmi vaşinqtonun nəzarətində olduğu kimsəyə sirr deyil və MKİ-nin əsas “partnyor”larından hesab olunur…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler