Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede bütün gemilere ateş emri verilib

01 Ağustos 2016

8:44 am


01/08/2016 [12:42]: xeber –
FETÖ istintaqı çərçivəsində həbs edilən Sahil Təhlükəsizlik, Mərmərə və Boğazlar komandiri, polkovnik Yavuz Geçimin ifadəsi yayılıb. Axar.az xəbər verir ki, polkovnik 15 iyul çevrilişə cəhd zamanı bütün gəmilərdən atəş açılması əmrinin verildiyini etiraf edib: “Sahil Təhlükəsizlik komandanı general Hakan Üstəm mənə Türkiyə Silahlı Qüvvələrində nəzarətin ələ keçirildiyini və yazılı əmr gəldiyini dedi. Gecə 03.00-də Sahil Təhlükəsizlik Komandanlığının əməliyyat rəisi, polkovnik Süleyman Yarayan mənə zəng etdi və komandanlığın əmrindəki bütün gəmilərin olduğu yerdə, saga, sola və havaya atəş açılması əmrinin verildiyini bildirdi. Dəhşətə gəldim və əmri yerinə yetirmədim. Bundan sonra Ankaradan bütün gəmilərə tək-tək göstəriş verilib”. Ankaradan gələn əmrin yerinə yetirilməməsi üçün əlindən gələni etdiyini deyən polkovnik daha sonra vəzifədən uzaqlaşdırılıb: “Əmrin yerinə yetirilməməsi üçün təkrar təlimat verdim. Bu dəfə limanlarda gözləyən gəmilərin xidmət bölgəsinə göndərilməsi əmri verildi. Bu tapşırığı da yerinə yetirmədim. Bundan sonra Sahil Təhlükəsizlik Komandanlığı yazılı olaraq gəmilərin idarəçiliyini əlimdən aldı”. Yavuz Geçim çevrilişə cəhd edən hərbçilər arasında olmadığını iddia edib: “Xidmət etdiyim dövrdə qeyri-qanuni heç bir təşkilata daxil olmamışam. Ancaq vəzifəmi yerinə yetirdiyim dövrdə münasibətdə olduğum bəzi adamların bu qrupun üzvü olduğunu hesab edirəm. Bunu ancaq indi dərk edirəm”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler