Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiyede baş veren hadisede bezi meqamlar var ki, şübheler, suallar doğurur”

16 Temmuz 2016

9:00 am


16/07/2016 [12:57]: xeber –
Dünən gecə qardaş Türkiyədə baş verən hadisələr, dövlət çevrilişinə cəhd
edilməsi cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Bir çoxları Türkiyədə
dövlət çevrilişinə cəhd edənləri qınasa da, bəziləri baş verənləri siyasi oyun
kimi dəyərləndirdi. Həm Türkiyədə, həm də ölkəmizdə iddia edənlər tapıldı ki,
bu çevriliş cəhdi Türkiyə iqtidarının siyasi şousu idi.  Məqsəd də ordunu taafiyə etmək, yəni ordu
daxilindəki nüfuzlu şəxsləri sıradan çıxarmaq, konstitusiya dəyişiklikləri etmək,
prezident idarəçiliyi sisteminə keçid etmək və digər məqsədlərə nail olmaqdan
ibarət idi.

 

sayta açıqlamasında politoloq Tofiq Abbasov səsləndirilən bu
iddialara münasibət bildirib.

 

T.Abbasov bütün gecəni Türkiyədə baş verən hadisələri izlədiyini
bildirib: “Bu gecə ANS-in canlı efirində olmuşam. Demək olar ki, bütün hadisələri
anba-an, saatba-saat izləyirdik və bütün təkamülü göz önündən keçirdik. Canlı
onlayn rejimdə belə hadisələrə düzgün qiymət vermək əlbəttə ki, çətindir. Müəyyən
vaxt keçəndən sonra və ən əsası sonluq, final gəlib çatanda, bəlli olur ki,
hansı məqamlar nəyi şərtləndirirdi və ümumiyyətlə baş verən hadisə kimə və nəyə
görə lazım idi.  

Əslində biz nəzərə alsaq ki, biz Ərdoğanın orduyla, ümumiyyətlə güc
strukturları ilə özünün şəxsi mücadiləsi, belə demək olarsa, haqq-hesabı artıq
birinci il deyil ki, davam edir. Gündəmdə olan ən aktual məsələ ondan ibarət
idi ki, özünün mütləq hakim olmaq istəyində bütün rəqiblərini, o cümlədən də
balioz və ergenekon təşkilatların əməliyyatlarından sonra bütün ehtimal oluna
biləcək risklərin hamısını dəf edir. İndi artıq bu məsələnin bir növ final mərhələsini
görürük və yaşayırıq. Görürük ki, Ərdoğan bu imtahandan alnı açıq, üzü ağ
çıxdı, demək olar ki, heç bir səhvə yol vermədi”.

Politoloq Türkiyədə baş verənləri siyasi oyun adlandıranlarları, qismən
də olsa haqlı hesab edib: “İstisna etmək olmaz ki, ola bilsin burada hərbi siyasi bir oyun var
idi. Bununla da müəyyən qrupların təsiri altına düşmüş və aldanmış müqavimət
nöqtələri artıq müəyyən edilib tərkisilah edildi. Prinsip etibarilə səsləndirilən
fikirlərlə razılaşmaq olar. Amma əslində hesab edirəm ki, Türkiyə daxilində vəziyyətin
korlanması tək Ərdoğanın rəqiblərinə yox, eləcə də xarici qüvvələrin bəzilərinə
lazım idi. Ola bilsin ki, bu prosesə dəstək veriblər. Ümumiyyətlə, biz son
20-25 il ərzində bir çox quruluş, şou tipli, çox səsli-küylü, qalmaqallı hadisələrin
şahidi olmuşuq. Burada söhbət təkcə Türkiyədən getmir, o cümlədən bir çox dövlətlərdə,
Avropada, elə yaxın Şərqdə də yaşanan bir çox hadisələrin kökündə,
platformasında, əlbəttə ki, hesablamalar durur. Onların arxasında xüsusi xidmət
orqanlarının əli görünür, izi sezilir. Nitra şəhərində baş vermiş hadisəni
xatırlayanda, həmin hadisənin əvvəlcədən hazırlanmış olması, hansı məqsədlər
üçün həyata keçirilməsi özünü açıq şəkildə biruzə verir. Təsadüfi deyil ki, bir
çox ölkələrdə, ümumiyyətlə, Qərb təchizatlarında qabaqlayıcı tədbirlər kimi belə
şoular, belə quruluşlar oynanılır. Əvvəlcədən qarşılarına məqsədi qoyurlar,
sonra ikinci, üçüncü, beşinci, bəlkə də onuncu əllərin vasitəsilə sadəlöv,
aldanmış insanları proseslərə cəlb edirlər ki, izi-tozu, səsi çıxmasın.
Aldanmış adamlar, dairələr sonradan nədəsə suçlandırılsın, onların günahı üzə
çıxsın.

Hesab edirəm ki, haqqında danışdığımız hadisənin özündə də bəzi məqamlar
var ki, şübhə doğurur, suallar yaradır. İnanıram ki, çox keçməyəcək və yaxın gələcəkdə
biz onlarla bağlı tam aydın mənzərəni göz önünə gətirə biləcəyik”.

 

Rumiyyə

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler