Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede Azerbaycanda milli tarixin tedrisine aid kitab neşr olunub

Genel 18 Haziran 2016

2:36 pm


18/06/2016 [18:35]: xeber –
Ötən il Türkiyədə-Ankarada Atatürk Araşdırmalar Mərkəzinin yardımıyla dr. Refik Turanın “Azərbaycanda ilk və orta tədrisdə tarix tədrisi və dərs kitabları (Sovet Azərbaycanından Azərbaycan Cumhuriyyətinə)” adlı kitab nəşr olunmuşdur.Kitabın birinci bölümündə müəllif Azərbaycanın  coğrafi, tarixi, təhsil və mədəniyyət durumunu incələmişdir. Öncə çar Rusyası və Azərbaycan Demokratik Cumhuriyyəti (1918-1920) dönəmində təhsil və kültür fəaliyyətlərinə toxunan R.Turan burada mətbuat sahəsindəki gəlişmələri, o cümlədən  təhsillə bağlı  məsələləri araşdırmışdır.  Ancaq əsas diqqəti SSRİ dövründə Sovet Azərbaycanında həyata keçirilən mədəniyyət problemlərinə yetirən müəllif daha çox dil və əlifba politikasına aydınlıq gətirməyə çalışmışdır. Özəlliklə, Bakı Türkoloji Qurultayında baş verənləri geniş incələyən müəllif  Latın Əlifbasının qəbulu, daha sonra Kirilə keçidə və bununla yanaşı, bu dönəmdə Azərbaycanda Tarix anlayışına nəzər yetirmişdir.Kitabın ikinci bölümünü bütünülükdə SSRİ dönəmində Azərbaycanda ilk və orta tədrisdə tarix təhsili və dərs kitablarına həsr edən Turan burada “Azərbaycan Tarixi”, “SSRİ Tarixindən Epizodik Hekayələr”,  “Qədim Dunya Tarixi”, “Orta əsrlər Tarixi”, “Xarici ölkələrin yeni Tarixi”, “Xarici ölkələrin ən yeni tarixi”, “SSRİ tarixi” dərsliklərini araşdırmışdır. Xüsusilə,  “Azərbaycan tarixi” dərsliklərində Azərbaycanda İlk və Orta tədrisdə tarix dərs kitablarında Azərbaycan tarixinin önəm və özəlik daşıyan mövzulardan  ( Azərbaycan xalqının etnik mənşəyi, Türklük və Türk tarixi, Rusiya və Azərbaycan-Rusiya münasibətləri, Bolşevik inqilabı və SSRİ, Din problemi vəs.) bəhs olunmuşdur. Müəllif göstərir ki, Sovetler Birliyi dönəmində Azərbaycan Türk xalqının etnik, dil və mədəniyyət tarixi saxtalaşdırılmışdır. Bunun əvəzində isə Çar Rusiyası və Sovet Rusiyasının işğalına məruz qalan Şimali Azərbaycan xalqına rus ilhaqçıları xilaskar kimi qələmə verilmişdir.Kitabın üçüncü bölümündə isə  müstəqil Azərbaycan Respublikasında ilk və orta tədrisdə tarixin tədrisi, dərs kitabları incələnmişdir. Bu bölümdə müəllif “Vətən tarixi” (5-ci sinif), “Ata yurdu”, “Azərbaycan tarixi” (6-11), “Qədim Dunya Tarixi”, “Orta əsrlər Tarixi”, “Yeni Tarix”, “Ön yeni tarix” dərsliklərindən geniş şəkildə bəhs etmişdir. Müəllif göstəir ki, müstəqil dövrün Azərbaycan tarixi proğramlarında və dərs kitablarında Türklük ruhu yenidən ön plana çıxmışdır. Artıq yeni tarix dərsliklərində Azərbaycanın qədimdən türk ölkəsi olması öz təsbitini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycan dövlətinin rəsmi dilinin adının Türk dili kimi adlandırılması uzun çəkmişdir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler