Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiyede Avropanı Asiyaya birleşdiren üçüncü körpü açılıb – YENİLƏNİB + FOTO

26 Ağustos 2016

5:04 pm


26/08/2016 [21:02]: xeber –
İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilib.sayt -ın APA-ya istinadən məlumatına görə, rəsmi açılış mərasimində çıxış edən Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışından sonra qonaqları səhnəyə dəvət edib və daha sonra Dini işlər üzrə nazir Mehmet Görməzin dualarından sonra körpü xidmətə açıq elan edilib.Prezident Rəcəb Tayyib Ərdoğan körpünün 31 avqust tarixinədək ödənişsiz olacağını bildirib.Körpünün açılış mərasimində Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak ediblər. Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər daxildir.***İstanbul boğazının üçüncü körpüsü olan Yavuz Sultan Selim körpüsünün rəsmi açılış mərasimi keçirilir.sayt APA-a istinadən xəbər verir ki, bu, Avropanı Asiyaya bağlayan üçüncü körpü olacaq. Körpünün açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Bəhreyn kralı Hamed bin İsa Al Halife, Bosniya-Herseqovina Prezident Şurasının sədri Bəkir İzzetbegoviç, Makedoniya prezidenti George İvanov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Bolqarıstan baş naziri Boyko Borisov, Serbiya baş nazirinin müavini Rasim Ljajic, Gürcüstan baş nazirinin birinci müavini Dmitri Kumsişvili və digər dövlət rəsmiləri iştirak edirlər.Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Mərasimlə əlaqədar xüsusi təhlükəsizlik tədbiri görülüb. Yavuz Sultan Selim körpüsündə 4 hərəkət zolaqlı avtomobil yolu, 2 dəmiryol xətti var. Körpünün eni 59 metr, uzunluğu 2 164 metr, körpünün qüllələrinin hündürlüyü 322 metrdir. Körpünün ərsəyə gəlməsinə 3 milyard dollar sərf edilib. Mərasimdə “Quran” oxunması ilə başlanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler