Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye yeni problemlerle üz-üze qala biler”

03 Eylül 2016

8:20 am


03/09/2016 [12:19]: xeber –
Türkiyənin Suriyada
apardığı anti-terror əməliyyatları nəticəsində sadəcə İŞİD-ə deyil, həm də
PKK-nin Suriya qanadı olan YPG-PYD birliklərinin mövqeyinə zərbə endirməsi regionda
aktiv hərbi-siyasi rol alan həm ABŞ, həm də Rusiyanın ciddi etirazına səbəb
olub. Hər iki dövlət Türkiyədən kürd silahlılarına qarşı əməliyaytları
dayandırmağı tələb edir. Son vaxtlar Ankara ilə PYD qüvvələri arasında müəyyən
razılığın əldə edilməsi bildirilsə də, hər iki tərəfin bir-birinə prinsipial
düşmən gözü ilə baxdığı, növbəti toqquşmalar üçün sadəcə “nəfəs dərdiyi” birmənalıdır.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki, əgər
Türkiyə YPG-nin Suriya ərazisində güclənməsinə, ərazilərini genişləndirməsinə
imkan versə, bu nəticə etibari ilə Türkiyə üçün ciddi problemlərə səbəb ola bilər:

“Əgər Türkiyə YPG-nin
güclənməsinə, əl-qol açmasına imkan versə, o zaman YPG türkmən kəndlərində nəzarəti
ələ almaq, öz ərazini genişləndirmək hesabına muxtar qurum yaradacaq. Bu isə
ona imkan verəcək ki, sabah Suriyada federellaşma ideyası ilə çıxış etsin. Bu
isə Türkiyənin marağına cavab vermir. Çünki bu, öz sərhədləri daxilində PKK-ya
qarşı mübarizə aparan, habelə Şimali İraqdakı PKK düşərgələrini vuran Türkiyə
üçün yeni bir problem, yeni bir başağrısı deməkdir. Yaxın gələcəkdə bu problemlə
üzləşməmək üçün Türkiyə YPG-nin mümkün qədər zəiflədilməsinə nail olmalıdır”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler