Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye XXI esrin yeni tarixini yazdı”

09 Ağustos 2016

9:00 am


09/08/2016 [12:59]: xeber –

“Türk insanı
dünyaya heç bir gücün onları bölə bilməyəcəklərini, demokratiyaya, dövlətə və
dövlətçiliyə sahib çıxılacağını, bu coğrafiyada birlik və bərabərlik içində
yaşamaq istədiklərini nümayiş etdirdi.

Türkiyənin
Yeni qapı meydanındakı “Demokratiya və Şəhidlər” mitinqi bu anlamda dünyaya çox
önəmli bir mesaj idi. Türkiyənin Yeni qapısı Türk İslam coğrafiyasının yeni
qapısı oldu”.

Bunu
sayta açıqlamasında Türkiyədəki “Demokratiya və Şəhidlər” mitinqinin
iştirakçısı olmuş Azərbaycanın xalq artisti Azərin deyib.

 

Azərin, həmçinin
qardaş Türk xalqı ilə bərabər demokratiya mitinqlərinin də iştirakçısı olduğunu
bildirib:

“İki həftə
boyunca Türkiyədə müxtəlif şəhərlərdə xalqla bərabər demokrasi növbətinə  qatıldım. Ankarada, Kazanda, Eskişehirdə,
İzmitdə xalqla bərabər oldum. Azərbaycan türkü olaraq dövlətimizin, millətimizin
hisslərini buradakı qardaşlarımıza çatdırdım. Çıxışlarımda Azərbaycanla Türkiyənin
bayraqları hər zaman olduğu kimi yenidən rüzgar oldu.

Tarix boyu Azərbaycanın
Türkiyəylə dərin bağları olub. Sevincdə də, kədərdə də daim yan-yana olmuşuq.
Düşünürəm ki, Türkiyə 21-ci yüz ilin yeni tarixini yazdı. Birlik və bərabərlik
içində demokratiyaya sahib çıxdılar. Bu yolda hər zaman olduğu kimi bu dəfə də
hər kəsdən öncə Azərbaycan dövləti və milləti Türkiyənin yanında oldu. Türkiyəni
özümə ikinci vətən bilən bir insan kimi bu tarixi hadisələrin içində olmaqdan
qürur hissi duydum”.

 

Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler