Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye ve Azerbaycan arasında sermaye axını davam edecek”

04 Ağustos 2016

9:00 am


04/08/2016 [12:57]: xeber –
“Bu həftə Azərbaycana Türkiyədən bir biznes nümayəndə heyəti gələcək. Türkiyədə dövlət çevrilişi cəhdindən dərhal sonra Qərbdə səsləndirilən bəzi spekulyativ xəbərlərə cavab olaraq göstərmək istəyirik ki, Türkiyənin iqtisadiyyatı bu vəziyyətdə də, müsbət nəticələr göstərib. 2016-cı ilin ilk yarısında iqtisadiyyatın artımı 4,8% təşkil edib”.sayt xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun deyib. 2016-cı ilin sonuna qədər kifayət qədər yüksək artım rəqəmləri gözləyirik. İşəgötürmə rəqəmlərinə baxanda 2009-cu ildən bəri artan statistika görürük. Yatırımların həcmi Türkiyədə yüksəlir. Bir-birinin ardınca önəmli layihələr açırıq. Osman Gazi körpüsünü açdıq, bu yaxınlarda İstanbulda üçüncü körpüsü açacağıq, Bakı-Tiflis-Qars dəmir yolu bu il tamamlanacaq. Digər tərəfdən, Türkiyədə yatırımları artırmaq və iqtisadi fəallığın artırıması məqsədilə addımlar atılır. Bu biznes nümayəndələrinin gəlişi ilə biz bu məqsədlərimizi ortaya qoyuruq və strateji tərəfdaşımız olan Azərbaycanla iqtisadi və ticari əlaqələrimizin daha sürətli inkişaf etdirmək iradəmizi sərgiləyəcəyik.Ən önəmli odur ki, Azərbaycan iqtisadiyyatı prezidentinin baxışı çərçivəsində şaxələndirmə siyasəti yürüdür, Türkiyə də öz imkanları ilə bu baxımdan ən rahat və ən tez şəkildə nəticələr əldə edə biləcək ölkələr sırasında birincidir, bu da aşkardır. Azərbaycan da öz yatırımlarını hara qoya və sağlam şəkildə istifadə edə biləcəyini nəzərə aldıqda, ilk növbədə Türkiyə gəlir. Aramızdakı bu iqtisadi əlaqələr, artan sərmayələr davam edəcək. Əgər Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin son 5-10 il ərzindəki inkişafına baxsaq, görəcəyik ki, bu inkişaf güclü şəkildə güclənir. Azərbaycan bu bölgədə Türkiyə üçün çox vacıb tərəfdaşımızdır və Azərbaycanla Türkiyə iqsitdiyyatlarının bir-birini tamamladığını nəzərə alaraq, iqtisadiyyatımızı daha da güclü etmək üçün gələcəkdə nəzərə tutduğumuz layihələri davam etdirəcəyik.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler