Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye üzerinde dolaşan kabus…

12 Ağustos 2016

8:36 pm


13/08/2016 [00:34]: xeber –
Siyasətdə heç nə təsadüfən baş verməz. Əgər bir hadisə olursa, əmin ola bilərsiniz ki, bu əvvəlcədən planlaşdırıldığı üçün baş verir.(F.Ruzvelt) Türkiyədəki sonuncu izdihamlı mitinq böyük rezonans doğurdu, haqqında az qala bütün dünya yazdı. Meydana yığışmış xalq, hökumət və müxalifət çevriliş cəhdini pislədi, hamı bir ağızdan “Türkiyə”, “demokratiya” və “Ərdoğan” dedi. Hərçənd, xaricdən bu mitinqə ağız büzənlər, ölkədə avtoritarizmin start götürdüyünü deyənlər də oldu. Sosial şəbəkələrdə bu toplaşmanı Hitlerə dəstək mitinqi ilə müqayisə etdilər, V.Pozner kimi təmkinli təhlilçi son olayları “faşizm”in təzahürü kimi qiymətləndirdi.Əlbəttə, bu hadisələri kimin və necə qiymətləndirməsi Türkiyənin vecinə deyil. Hamı düşünür ki, ölkə bir yumruq kimi birləşərək öz yolu ilə gedir. Amma aradabir bəziləri ehtiyatla da olsa soruşur ki, bu gedilən nə yoldur və ölkəni hara aparır? Şübhəsiz ki, son olaylar bu suallara qismən cavab verir, amma bütövlükdə, indi çalınan musiqinin səsi sonra çıxacaq. Amma mənim yazım bu barədə deyil, sanki emosiyalar burulğanında yeni dayaq nöqtəsi axtaran bir ölkədə əsgərin, generalın, ordunun gözdən salınması haqqındadır. Ordu əleyhinə addımlar Türkiyə üzərində aşkarca kabusların dolaşdığından xəbər verir.                                                                  *  *  *Dünya düzənini dəyişən 11 sentyabr hadisələrində terrorçular məqsədli şəkildə  ABŞ-ın simvollarına hücum planlaşdırmışdılar: ölkənin hərbi qüdrətinin rəmzi Pentaqona, qanunun gücü olan Kapitoliyə, insanların  güvəndikləri mülki aviasiyaya, bir də dünya biznesinin, işgüzar Amerikanın və ölkə firavanlığının rəmzi olan “Əkiz bina”lara. Siyasi və hərbi gücə yaxın düşə bilmədilər, amma ələ keçirdikləri təyyarəni Nyu Yorkdakı məşhur göydələnlərə çırpmaqla, təkcə Amerikanın deyil, bütün dünyanın düzənini və bəşəriyyətin rahatlığını pozdular…Türkiyədəki 15 iyul hadisələrində də  ölkənin və millətin güvənlik rəmzi olan ORDU hədəf götürüldü. Bu ordunun indi “feto”çular kimi damğalanan qisminin qiyam, çevriliş törətməsi, yaxud sadəcə avantüraya çəkilməsi göz qabağındadır. Dövlət qurumlarına basqınlar, adamların üstünə tank sürülməsi, dinc əhaliyə qarşı silah işlədilməsi hiddətləndirici faktlardır. Təbii ki, belə qorxulu davranışın təşkilatçıları, plan cızanları və əmr verənləri olur. Onlar hansı barmağın işarəsi ilə hərəkətə keçdiklərini yaxşı bilirlər. Ona görə də bu gün ordunu ucdantutma güdaza vermək, günahsız generalları aşağılamaq normal qarşılanmır.Ordu və Mehmetciyin Türkiyənin rəmzi olması şəksizdir. Ölkə konstitusiyasının özəl status verdiyi bu rəmz mürəkkəb coğragiyada qərar tutmuş ölkənin təhlükəsizliyini, yurdda sülhü, bölgədə əmin-amanlığı, etibarli şəkildə qoruduğu üçün müqəddəs sayılır. Əsgər və generala Atatürkdən qaynaqlanan ehtiram tarixən hər bir türkün qanındadır. Ona görə də ölkədə baş vermiş son olaylarda həbçilərlə, əsgər və zabitlərlə bağlı yolverilməz davranışlar adamın içini gizildədir. Əsgər ləyaqətinin haqlı, ya haqsız yerə təhqir edilməsi (döyülmə, soyundurma, qulaq kəsmə və s.), zabit heysiyyətinin alçaldılması adamı çox qüssələndirir. Rəmzin hər hansı formada gözdən salınması şüurlarda onun ifadə etdiyi məna və mahiyyətin zədələnməsinə, nəticədə inamın sarsılmasına gətirib çıxarır. Həm də ordu bir orqanizmdir, qoşun növləri arasında gözəgörünməz tellər var, haqsızlıq olduqda hüceyrələr buna fərqli reaksiya verir.Türkiyədə hərbi çevrilişlər həmişə olub. Ölkə üçün təhlükəli vəziyyət (bunu kim müəyyənləşdirir, Allah bilir!) yarandıqda ordu işə qarışır, generallar idarəçiliyi öz əllərinə alır, siyasi həyatı dondurur, münasib şərait yetişdikdə isə hakimiyyəti yenidən demokratik təsisatlara qaytarırlar. Ölkəni məhv olmaqdan qoruyub saxlamaq məqsədi daşıyan bu özəl qaydanı o vaxt Atatürk qoyub.Bu qayda zaman-zaman Türkiyəni idarə edən bəzi siyasi xadimlərin xoşuna gəlməyib, onlar ordunun bu addımını normal idarəçilik və demokratiya üçün Damokl qılıncı hesab ediblər. Ərdogan da belə düşünən siyasətçi kimi, AKP hakimiyyətini möhkəmlətdikdən sonra orduya xofla baxmağa başlayıb. “Ergenekon” əhvalatı və adlı-sanlı generalların həbsxanaya salınması, məhz “birdən ordu hakimiyyəti əlimdən alar” xofunun nəticəsi idi. Yeri gəlmişkən, həmin əməliyyatlarda Ərdoğanı ən çox dəstəkləyən Gülən camaatı idi…Ərdoğan onsuz da bacarıqlı idarəçidir, amma son hadisələr onu daha da gücləndirdi. Daha uzun müddət onun sözünün qabağına söz qoyan olmayacaq, bütün media əlindədir, müxalifət də xeyli itaətkar görünür. O, bir siyasətçi kimi xarizmatikdir, kütlənin damarını tuta, onu ovsunlaya, məftun edə bilir, cazibədar nitqi, insanlara təsir etmək, inandırmaq gücü var. Hər hansı problemin həllinə  yanaşmada ən son həddi götürməsi, yəni maksimalizmi qara kütləni yola gətirmək üçün Ərdoğanın çox dadına yetir. O, həlledici anlarda istənilən  məsələni “olum, ya ölüm!” şəklində qoyur və şəxsi iradəsi sayəsində qalib gələ bilir. Amma siyasətçi üçün belə şeylərə öyrəncəli olmaq ciddi təhlükələr də  yaradır. Xüsusən əlinə hüdudsuz hakimiyyət toplayanda rəhbərin taleyüklü məsələlərlə bağlı yanlış qərarlar vermək imkanı artır. Məsələn, Atattürk ordunu şir ovlamaq üçün yaratmışdı, amma indi aşkar görünür ki, Ərdoğan  həmin ordunu siçan tutmaq üçün ev pişiyinə çevirmək istəyir. Bu, sevgili Türkiyə üçün yanlış və qorxulu addımdır.*  *  *Biz azərbaycanlılar üçün də türk ordusu, çiyinlərində tarixi yük daşıyan türk əsgəri müqəddəsdir. Bu ordu 1918-ci ildə soydaşlarımızın hayına yetib, onları şaumyanların, lalayanların başladıqları kütləvi qırğınlardan xilas edib. Bu ordu Şərqdə ilk cümhuriyyət yaratmış bizlərə yardım əli uzatmış Ənvər paşadır, cümhuriyyət ordusunun qurulmasına kömək etmiş Nuru paşadır, Bakının azad olunması əməliyyatını aparmış Mürsəl paşadır. Bu ordu Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Gəncədən paytaxtadək qanlı döyüşlərdə canını qurban vermiş və hələ də ruhu məmləkətimizi dolaşmaqda olan yüzlərlə türk əsgəri deməkdir. Ona görə türk əsgərinə, orduya dəyən zərbənin ağrısını biz də canımızda hiss edirik.(Ayna.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler