Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye üçün yeni qiyam tehlükesi  – Ərdoğanın tarixi mesuliyyeti

26 Temmuz 2016
6:00 am


26/07/2016 [09:58]: xeber –
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd olayından sonra əsas dartışılan mövzulardan biri də Türkiyə təhlükəsizlik xidmətinin, yəni MİT-in çevriliş haqqında dövlət rəhbərlərini nə səbəbə zamanında məlumatlandırmaması ilə bağlıdır.Prezident Ərdoğan da çevriliş haqda ilk olaraq yeznəsindən, baş nazir dostlarından eşitdiklərini deyib və təhlükəsizlik xidmətinin zəif olduğunu etiraf edib. 2010-cu ildən Türkiyə təhlükəsizlik təşkilatının başında dayanan 48 yaşlı Hakan Fidan isə kifayət qədər ciddi fiqur hesab edilir və onun rəhbərlik etdiyi qurumun hazırlanan çevriliş ssenarisindən son günə qədər xəbərsiz qaldığına inananların sayı çox azdır. Vaxtilə Türkiyə Silahlı Qüvvətlərinin quru qoşunları komandanlığında çalışan H.Fidan orduda xidmət edərkən də həmişə kəşfiyyat xətti ilə xaricdə müəyyən vəzifələrdə çalışıb və kifayət qədər təcrübəli kadr kimi xarakterizə olunur.Milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Ərəstun Oruclu bu barədə danışarkən qeyd edib ki, Türkiyədə baş verənlərlə bağlı bir sıra müəmmalar var. Ekspert baş nazir B.Yıldırımın çevriliş cəhdi ilə əlaqədar əvvəlcədən məlumat aldıqlarını dediyini, lakin daha sonra prezident Ərdoğanın çevriliş xəbərindən sonra H.Fidanı iki saat ərzində tapa bilmədiklərini açıqladığını xatırlatdı. Qeyd etdi ki, bu məlumatlar H.Fidanın da ssenaridə yer alması ehtimalını ortaya çıxarır: “Bundan əlavə, vaxtilə vəzifələrindən azad edilən generalların böyük əksəriyyəti ordudakı əvvəlki vəzifələrinə qaytarılıb. Həmçinin, Ərdoğan prezident qvardiyasının buraxılması barədə qərar verib. Bunlar onu göstərir ki, ordu proseslərə ciddi şəkildə qarışıb və Silahlı Qüvvələrin imicinə ciddi şəkildə ziyan vurmuş çevriliş olayı ilə əlaqəli sərt tədbirlərin görülməsi üçün hökumətə təsir göstərir. Bu, mənim şəxsi qənaətimdir, səhv də edə bilərəm”. Anadolu Agentliyi bildirir ki, əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş Türkiyənin müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) çağırışı ilə milyonlarla insan İstanbuldakı Taksim meydanına axışıb. Mitinq iştirakçıları “Türkiyə dünyəvi dövlətdir və dünyəvi dövlət olaraq qalacaq” şüarlarını səsləndiriblər. Milli himnin səsləndirilməsi ilə başlayan aksiyada iştirakçılar “Biz Atatürkün əsgərləriyik” deyə hayqırıblar. Bu arada Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyədəki ölüm cəzasının bərpası ilə bağlı müzakirələrə reaksiya verib. “Türkiyə ölüm hökmünü bərpa etsə, Avropa İttifaqı ölkənin birliyə qoşulması prosesini dərhal dayandıracaq” – o bildirib. Türkiyədə baş verən olayların tətikçisi rolunda çıxış edənlər haqqında isə ən müxtəlif versiyalar var. Deputat Fazil Mustafa bildirib ki, Türkiyədə həqiqətən də son 35 ilin ən təhlükəli hadisəsi baş verdi və bəlkə də çoxlarının ehtimal vermədiyi hərbi çevriliş kabusu yenidən ölkənin başı üzərindən keçdi: “Şükürlər olsun ki, Türkiyədə Ərdoğan hökumətinin və türk millətinin qətiyyətli davranışı Türkiyəni, Türk demokratiyasını bu burulğandan az itkilərlə qurtara bildi. Bu cür çevrilişlər uşağa da bəllidir ki, beynəlxalq güclərin planı, dəstəyi və təminatı olmadan baş vermir. Burada ayrı-ayrı camaat, siyasət, əsgər, casus aktyorlardan istifadə olunur, ancaq ciddi şəkildə hazırlanmış bir Türkiyə ssenarisini gerçəkləşdirənlər heç şübhəsiz, Liviyanı, Suriyanı xaosa çevirənlərdən başqası deyil. Qarşısı alınmasaydı 2016-cı ilin hərbi çevrilişi 1980-ci ilin hərbi çevrilişindən daha dəhşətli nəticələr doğuracaqdı. 1980-ci ildə türk ordusunu hakimiyyətə gətirən qüvvə anlaşılır ki, 2016-da bir xunta hakimiyyəti ilə prosesi yekunlaşdırmağı düşünmürdü. Sadəcə, qısa müddətə xunta hakimiyyəti ələ alırdı və mövcud iqtidarın tərəfdarları və strukturları, xüsusilə də polis təşkilatı barışmaz mövqe sərgiləyərək ordu ilə qanlı münaqişəyə girirdi və PKK, İŞİD kimi terrorçu qruplaşmaların qatılımı ilə ölkədə qarşısıalınmaz xaos başlayırdı. Bu darbənin qarşısının alınmasının dəyərini məhz bu kontekstdə görmək lazımdır. Təfərrüata gəldikdə isə, burada Gülən camaatının fəal rol alması da acınacaqlı bir durum yaratmış oldu. Əvvəllər Talibandan, İŞİD-dən, Üsamə bin Ladendən bəhs edərkən alternativ mədəni İslam olaraq təhsili, modernliyi önə çəkən insanları göstərmək olurdu. İndi isə bu proseslərdə bu və ya digər dərəcədə iştirakı əsas götürərək, bütün məktəblərin bağlanması, kollektiv günah siyasətinin tətbiq edilməsi, İslamın bayrağından təhsilsiz kütlələrin daha sıx yapışmalarına imkan yaratdı”. Olayların ardınca Azərbaycanda atılan addımlar, bəzi media qurumlarının qapadılması, Qafqaz Universitetinin Ali Neft Məktəbinə birləşdirilməsi kimi addımlar barədə fikirlərini bölüşən F.Mustafa bunları bildirib: “Bir vaxt bolşevik Rusiyasında Trotskinin belə bir tezisi vardı ki, qolçomaq problemini birdəfəlik həll etmək üçün kəndlilərin yox edilməsi ən optimal yoldur. Beləcə, bir çox bölgələrdə kəndliləri aclığın əli ilə yox etdilər və nəticədə qolçomaqların da əksəriyyəti sıradan çıxmış oldu. İndi Türkiyədəki iç siyasətdə baş verənlərin dərinləməsinə təhlili bizə düşməz, ancaq Azərbaycanla əlaqəsi ola biləcək məsələlərə münasibət bildirməmiz daha məqsədəuyğun olardı. Fikrimcə, Qafqaz Universiteti Azərbaycanda ən səviyyəli ali məktəbdir və orada univeristetə oxşayan bir çox atributlar var. Ən yüksək bal toplayan tələbələrin də bu universiteti seçməsi təsadüfi deyil. Bu cür tələbələrin böyük əksəriyyətinin, ümumiyyətlə, dinlə, gülənçiliklə əlaqəsi yoxdur və sadəcə, elmlə əlaqələri olduğuna görə yaxşı təhsil verən universitet seçirdilər. Ümumiyyətlə, mənim dəyişməz fikrim budur ki, keyfiyyətli universiteti, kolleci, uşaq bağçasını bağlamanın çox böyük fəsadları yarana bilir və biz Azərbaycan cəmiyyəti olaraq yaxşı alternativlərimiz az olduğuna görə mövcud keyfiyyətli təhsil qurumlarına qarşı bu addımı atarkən ehtiyatlı olmalıyıq. Kimsəyə sirr deyil ki, Türkiyədən gələn xahiş və tələblər üzərinə bu addım atılıb və Azərbaycan tərəfinin də, ümumiyyətlə, məlum camaata dəxli olmayan minlərlə savadlı tələbənin və müəllimin taleyinə görə narahatçılığını sezmək olur. Burada ən ağıllı yol, universitet idarəçiliyinin indiki Türkiyə hökumətinə yaxın elm adamları ilə əvəz olunması, universitetin mövcud strukturunun və təhsil siyasətinin davam etməsi idi. Yenə də düşünürəm ki, ən optimal yollardan biri tapıldı, universitet ölkənin ən yaxşı alı məktəblərindən olan Ali Neft Məktəbinin tabeliyinə verildi. Bu məsələ təcili yekunlaşmalıdır ki, ali məktəbə qəbul olan abituriyentlər seçimlərini edə bilsinlər. Əks halda, həm onlar, həm də universitet ciddi sıxıntılar yaşamış olacaq”.Türkiyədə növbəti çevrilişin ola biləcəyi də müzakirə mövzusudur. Hətta prezident Ərdoğan xalqa müraciətində onları meydanları boşaltmamağa çağırıb. Politoloq Şahin Cəfərli bu barədə danışarkən bildirib ki, Türkiyədə baş verən son hadisələr heç şübhəsiz, təlatümlü cümhuriyyət tarixinin ən böyük zəlzələsidir: “Ölkədə daha əvvəl hərbi çevrilişlər, edamlar, repressiyalar, ideoloji zəmində qanlı toqquşmalar yaşanıb. Lakin Böyük Millət Məclisinin bombalanması, digər inzibati binaların hədəf alınması, əsgərin mülki əhaliyə, əsgərin əsgərə, əsgərin polisə və ya əksinə, polisin əsgərə atəş açması kimi iç savaş elementləri daşıyan, ən azı bu miqyasda, faciəvi olaylar yaşanmayıb. Bunlar bir dövlət üçün çox sarsıdıcı hadisələrdir. Türkiyədə çevriliş cəhdindən sonra atılan addımlar – çoxlu sayda general-admiral da daxil olmaqla, on minlərlə insanın kütləvi şəkildə ordudan, dövlət aparatından qovulması, barələrində cinayət işinin açılması onu göstərir ki, Türkiyənin bu zəlzələdən sonra özünə gəlməsi, yarılarını sarıması heç də asan olmayacaq”. Yeni çevriliş təhlükəsinə gəldikdə, Ş.Cəfərli bu fikirdədir ki, bundan sonra hər şey ölkə rəhbərliyinin atacağı addımlardan asılıdır: “Mən bu böhrandan fürsət kimi istifadə edərək, Türkiyə siyasi tarixində bəyaz bir səhifə açmaq üçün gözəl imkan yarandığını düşünürəm. Türkiyədə Atatürkə qayıdış baş verməlidir. Ədalət və İnkişaf Partiyasının üst qatı və hazırda bu partiyanın əsas elektoral bazasını təşkil edən dindar-mühafizəkar kəsim laik rejimlə, ”Atatürk ilkə və inqilabları” ilə barışmalıdır. Türkiyədə ideoloji cəbhələşmələrə son qoyulmalı, laik və dindarlar arasındakı ayırıcı xətlər aradan qaldırılmalı, ələvilərin bütün hüquqları özlərinə qaytarılmalı, iç barışa nail olunmalıdır. Bunun üçün şəxsən prezident Ərdoğanın üzərinə tarixi məsuliyyət düşür. Ümumiyyətlə, başda AKP olmaqla, Türkiyə siyasi spektrinin sağında dayanan siyasi partiyalar dini siyasətə alət etmək vərdişindən vaz keçməyə özlərində güc və iradə tapmalıdırlar”. /Yeni Müsavat/ 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler