Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye üçün “Avro-2016”-da ela şans – VİDEO

21 Haziran 2016

9:52 pm


22/06/2016 [01:49]: xeber –
Fatih Tərimin yetirmələrinin taleyi sabah keçirilən oyunlardan asılıdır.Fransada keçirilən futbol üzrə Avropa çempionatında “D” qrupunun üçüncü turunun oyunları keçirilib.Lans şəhərinin “Bollar-Delelis” stadionunda Türkiyə və Çexiya yığmaları qarşılaşıblar. Oyun Fatih Tərimin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Hesabı 10-cu dəqiqədə Burak Yılmaz açıb. 65-ci dəqiqədə Ozan Tufan komandasının üstünlüyünü iki topa çatdırıb.Paralel keçirilən oyunda Xoravatiya yığması İspaniyanı 2:1 hesabı ilə məğlub edib və “D” qrupunun lideri kimi 1/8 final mərhələsinə yüksəlib. İspanlar 6 xalla ikinci pillədən play-off mərhələsinə vəsiqə qazanıblar.Xallarının sayını üçə çatdıran Türkiyə yığmasının növbəti mərhələyə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.Belə ki, Türkiyənin növbəti mərhələyə adlaması üçün, sabah “E” qrupu çərçivəsində keçiriləcək İtaliya-İrlandiya və Belçika-İsveç qarşılaşmalarında ikincilər qələbə qazanmamalıdırlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler