Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye üçün atom bombası- “Akkuyu”

14 Ağustos 2016
5:52 pm


14/08/2016 [21:51]: xeber –
Rusiyalı yazarlar yeni AES-lərin tikintisi ilə bağlı SOS siqnalı verir; təhlükə ciddidirTürkiyə ilə Rusiya arasında bir müddətdir davam edən küsülü vəziyyət prezident Rəcəp Tayyip Ərdoğanın Sankt-Peterburqa gəlişi ilə başa çatmış görünür.Tərəflər məlum təyyarə hadisəsindən sonra bir sıra nəhəng iqtisadi layihələrin gerçəkləşdirilməsi ilə bağlı yenidən danışıqlara başlayıblar.Türkiyə gündən günə tükənən təbii enerji resurslarının yerini doldurmaq üçün çoxdandır arayışlara başlayıb.Qardaş ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün alternativ enerji mənbələrindən biri də nüvə enerjisindən istifadə olunmasıdır. Türkiyənin bu sahədə önəm verdiyi ən böyük layihələrdən biri də şübhəsiz, Rusiya ilə birlikdə tikilməsi planlanan “Akkuyu Atom Elektrik Stansiyasıdır.Lakin bu stansiyanın tikilməsinə hər iki ölkədən ciddi etirazlar var.Qeyd edək ki, Rusiyanın Türkiyədə böyük sərmayə layihələrinə qarşı çıxanların başında şübhəsiz, erməni lobbisi və onların havadarları durur.Ermənilər xüsusi lobbiçilik fəaliyyəti ilə Türkiyəni Rusiyaya yaxınlaşdıran hər cür iqtisadi fəaliyyəti əngəlləməyə və qarşısını almağa çalışırlar.Bu  mənada erməni əsilli rusiyalı ictimai fikir xadimlərinin də “Akkuyu” layihəsi ilə bağlı canfəşanlığını başa düşmək olar.Bütün bunlarla bərabər Türkiyədə tikiləcək yeni AES layihəsi ilə bağlı digər mənbələrdən də qayğı dolu  məlumatlar və etirazlar gəlir. Musavat.com eadaily.com saytının yazarı Nadejda Popovanın məsələ ilə bağlı araşdırmasını təqdim edir. Yazı müəllifinin məhz Türkiyəyə qarşı qərəzli ola bilmə ehtimalını bir kənarda saxlayaraq burada qeyd edilən maraqlı faktları oxucuların diqqətinə çatdırırıq. Çünki yazıda olduqca ciddi detaltlar, fikirlər və təsbitlər mövcuddur. Müəllif “Akkuyu” layihəsinə qarşı çıxaraq bununla bağlı müxtəlif arqumentlər gətirir: “Türkiyə prezidentinin Sankt-Peterburqa gəlişi böyük bir beynəlxalq atom skandallı hadisə ilə üst-üstə düşdü. Belə ki Türkiyə prezidentinin səfərindən öncə “Rosatom”un Belorusda tikməkdə olduğu, “Qrodno” Atom Elektrik Stansiyası-nın reaktor zalında nüvə reaktoru bağlandığı dirəklərdən aşaraq yerə düşüb.Yeri gəlmişkən bu elə Rusiyanın da “Akkuyu”da tikməyə hazırlaşdığı VVER-1200 tipli reaktorun eynisidir.Qeyd edək ki, “Rosatom” “Akkuyu”dan başqa, müxtəlif ölkələrdə 33 enerji blokunu tikməyi planlaşdırır. Bunların içərisində “Qudanqulam” (Hindistan), Finlandiyada “Xanxikivi” kimi layihələr də var.Bütün bu stansiyaların tikilməsi ilə bağlı ciddi problemlər mövcuddur, lakin KİV bu məsələdə susmağa üstünlük verir.Əsas problem Rusiyanın köhnəlmiş atom texnologiyaları ilə bağlıdır”.**** “Türkiyədə ilk dəfə qurulacaq atom elektrik stansiyasının tikintisi ilə bağlı Moskva və Ankara arasında saziş 2010-cu ildə imzalanıb”, –  deyə məqalə müəllifinin fikrinə müraciət etdiyi, Atom maşınqayırması üzrə Ümumelmi araşdırma institutunun direktorunun elmi işlər üzrə müavini İqor Ostretsov qeyd edir. Onun sözlərinə görə saziş hər biri 1200 meqavatt gücündə olan 4 enerji blokunun tikilməsini nəzərdə tutur. Rusiyanın layihəsi əsasında tikiləcək bu atom elektrik stansiyasının Türkiyənin enerji tələbatının 17%-ni ödəyəcəyi gözlənilir.Stansiyanın ilk enerji blokunu 2020-ci ilə istismara verilməsi planlaşdırılır.Lakin görünür bu müddət daha da irəliyə çəkilməli olacaq.****“Rosatom atom layihələrini həyata keçirdiyi ölkələrdə, sağa-sola kreditlər paylamaqla məşğuldur”, -deyə “Rosatom” Dövlət Konserni nəzdində İctimai Şuranın üzvü, texniki elmlər doktoru Vladimir Kuznetsov hiddətlə açıqlama verib.“Ümumilikdə Türkiyə, Misir, Banqladeş və Finlandiyaya artıq 100 milyard dollardan çox kredit ayrılıb. Həm də cəmi illik 3 faizlə! Bu pullar Rusiya Federasiyasının büdcəsindən gedir”.“Heç bilirsiniz Moskvanın Belorusda tikdiyi “Ostrovets” Atom Elektrik Stansiyası ilə bağlı verilən kreditin müddəti nə vaxt bitir? Düz 52 il sonra, yəni 2068-ci ildə!! Həmin müddətdə nə Kiriyenko, nə Ərdoğan, nə Lukaşenko, nə də atom layihələrini böyük həvəslə həyata keçirilməsini istəyən Dmitri Medvedev və Dmitri Roqozin həyada olacaq. Elə ona görə bütün bunları düşünmək üçün kifayət qədər əsaslar var”.****Kuznetsovun fikirləri ilə digər Rusiyalı alim, texniki elmlər doktoru Bulat Niqmatullin də razılaşır: “Rusiyanın AES-lər üzrə ixracat layihələri bizim xarici partnyorlarımıza verdiyimiz kreditlər sayəsində gerçəkləşir. “Akkuyu” layihəsi bir sıra səbəblərdən xüsusi diqqət tələb edir. Layihə üzrə Türkiyə və Rusiya arasında hökumətlərarası baza sazişi artıq imzalanıb. Baza sazişi “Tik, sahiblən, istismar et”, sxemi üzərində maliyyələşməni nəzərdə tutur. Lakin bu sxem üzrə Rusiyadan başqa dünyanın heç bir ölkəsi çalışmır. Sazişə görə Türkiyədə akkreditə olunacaq müştərək şirkət, yəni açıq səhmdar cəmiyyəti yaradılacaq. Lakin sənədlərin dəqiq analizi onu göstərir ki, layihə üzrə bütün əlavə xərclər, hansılar ki, sərmayə şkalası üzrə milyardlarla ölçülür, Rusiyanın üzərinə düşə bilər”. Professor Niqmatullin “Akkuyu” layihəsini Rusiya üçün fantastik avantüra hesab edib. “Akkuyu” AES-in elektrik enerjisinin satılması şərtləri birtərəflidir, AES-in özü ilə bağlı risqlər həddən artıq böyük olub, həm Türkiyədaxili, həm də beynəlxalq münaqişələri özü ilə bərabər gətirə bilər”, deyə Niqmatullin bildirib.“Türkiyə layihə üzrə heç bir maliyyə öhdəliyi daşımır. AES-in tikintisi və istismarı, habelə texnologiyaların təhvil verilməsi, radioaktiv tullantılar və radiasiyaya məruz qalmış yanacaqların utilizasiyası hamısı Rusiya büdcəsindən ödəniləcək. “Akkuyu” ilə bağlı rəsmi sənədlərdə, alınan enerjinin paylanması üçün elektrik ötürücü xətlərinin, habelə yarımstansiyaların qurulması ilə bağlı da Türkiyə üzərinə heç bir öhdəlik qoyulmur. Hərdən adama elə gəlir ki, bu sənədləri məktəblilər, özü də aşağı sinif şagirdləri hazırlayıb”!, –  deyə Niqmatullin əlavə edib.Qeyd olunur ki, Türkiyə hələ 1974-76-cı illərdə öz AES-nin tikintisinə başlamaq istəyib. 1974-cü ildə sovet atomçuları Mersin vilayətində olaraq atom stansiyasının tikiləcək yerlərini tədqiq ediblər. Həmin vaxt stansiyanın tikintisi üçün “Akkuyu” platformasının hazırlanmasına qərar verilib.Bu platformanın tikintisi üçün isə çox iş görmək lazımdır. İlk öncə stansiyanın ətrafında təxminən 3 min nəfərlik qəsəbə tikmək gərəkəcək.Daha sonra isə dağın içindən keçəcək 11 km-lik su kəməri çəkilməlidir. Platformada 2 və 4 blokun yerləşdirilməsi üçün müvafiq olaraq 6 mln və 11 mln kubluq əhəng daşı dənizdə yerləşdirilməlidir. Bundan başqa, dərin su hasarının da tikilməsi lazım gələcək. Habelə, nəqliyyat kommunikasiyaları, elektrik ötürücü xətləri, buraxılış qazanlarını qurulması da zəruridir. Dənizə aparılacaq yüklərin qəbul edilməsi üçün xüsusi estakadalar da tikilməlidir.Qəzetlərin yazdığına görə layihə ilə bağlı digər ciddi məsələlər var ki onlar da həll edilməlidir.Qeyd olunur ki, Rusiyanın bütün atom elektrik stansiyalarında xüsusi ixtisaslı mühafizə fəaliyyət göstərir. AES personalının məxfi buraxılış statusu var. Sanksiyalaşdırılmayan fəaliyyətin qarşısının alınmasından ötrü həm AES işçiləri arasında, həm buraya işə qəbul edilmə zamanı xüsusi tədbirlər həyata keçirilir.Bu insanlar xüsusi xidmət orqanları tərəfindən böyük diqqətlə yoxlanılır. Bütün bunların Türkiyə ərazisində necə həyata keçiriləcəyi isə müəmmalıdır. Bundan başqa, AES-in mühafizəsindən ötrü Rusiyadan  Türkiyə ərazisinə hərbiləşdirilmiş xüsusi birliklər gətirməlidir. Ankaranın buna razılıq verib  – verməyəcəyi bilinmir.Rusiya normalarına görə atom elektrik stansiyalarının üzərindən təyyarələrin uçması da qadağandır. Belə olan halda, kim AES üzərindəki uçuşlara məhdudiyyət qoymaq səlahiyyətinə malik olacaq? ****Məqalə müəllifinin fikrincə bütün bu risklər Rusiyanın üzərinə düşür, Türkiyə tərəfinə isə sadəcə AES-in tikiləcəyi ərazini vermək qalır.Bütün bunlarla yanaşı “Akkuyu” AES-in müharibə gedən Suriyadan 80 km aralıda yerləşməsi ayrıca qayğı mövzusudur. Mersinin də ayrıca bir münaqişə ocağından –  Şimali Kipr Türk Respublikasından cəmi 70 km aralıda yerləşməsini unutmayaq.Atom Elektrik Stansiyası ilə bağlı ən vacib məsələ radioaktiv tullantıların yerləşdirilməsi ilə bağlıdır. Bu tullantıların mühafizəsi üçün xüsusi poliqon tikmək lazım gələcək.Şübhəsiz ki bu poliqon turizm və istirahət zonalarının kənarında qurulmalıdır.Bunun üçün böyük bir ərazi satın alınmalı və əlavə xərclər çəkilməlidr.Rusiya alimləri məqalədə AES-lərin Rusiya tərəfindən keyfiyyətli şəkildə qurulub istismara verilməsinə də böyük şübhə ilə yanaşıblar.“Rosatom”un son məlumatlarına görə Rusiya İranda 8 enerji bloku quracaq. Bundan başqa, Rusiyanın öz ərazisində 6 AES-in (hazırda fəaliyyət göstərən 10 AES-ə əlavə olaraq) tikilməsi planlaşdırılır.Rusiya alimləri bu imkanların Rusiyada hardan yarandığı üzərində baş sındırırlar. Çünki Rusiyanın nüvə alimləri sürü ilə ölkədən emiqrasiya edir. “Rosatomda isə hazırda diletantlar çalışır (müəllifin fikrincə-red.) Sergey Kiriyenkonun Rosatom”a rəhbərlik etdiyi 11 il ərzində isə söz verilən 26 enerji blokundan cəmi 4-ü ərsəyə gətirilib.Onlardan 2-si bərbad vəziyyətdə işləyir.  Xüsusilə Udomle şəhərində yerləşən Kalinin AES-in yeni 4-cü blokunda vəziyyət lap acınacaqlıdır. Stansiyada demək olar hər həftə dayanmalar və “ÇP”-lər (Fövqəladə vəziyyətlər – red.) baş verir. Leninqrad AES-in tikintisi ilə bağlı skandallar səngimək bilmir. Ən böyük skandal isə Belorusda “Osrtovets” atom elektrik stansiyasının tikintisi zamanı baş verib. Yuxarıda da qeyd edildiyi kimi, reaktor zalında 330 tonluq nüvə reaktoru yerə düşərək ciddi şəkildə zədələnib. Bunu KİV-lərdən uzun müddət gizlətməyə çalışsalar da, tam gizli saxlamaq mümkün olmayıb. Hazırda “Ostrovets” layihəsinin qapadılacağından belə danışılır. Yeri gəlmişkən, Rusiyanın Baltik dənizində, Kalininqrad vilayəti yaxınlığında tikilən AES də lazımsız layihə kimi sonradan qapadılıb. Nəticədə 60 milyarddan çox büdcə pulu isə yerə basdırılıb”, –  deyə məqalə müəllifi yazır.****Rusiya ictimaiyyəti isə Leninqrad, Kursk və Smolensk AES-lərinin Çernobıl tipli 11 reaktorunun vəziyyətindən narahatdır. Leninqrad AES-in 1-ci reaktorunun vəziyyəti isə xüsusi həyəcan doğurur. Burada “ÇP” və “NS”lərin (rusca нештатные ситуации-ştatdankənar situasiyaların) sayı hesabı yoxdur. “Rosatom”un isə guya bu atom canavarlarının fəaliyyətini dayandırmağa nə pulu var, nə də imkanı. Bəs, onda  bu 40-50 illik kreditləri verməyə pul hardan tapılır?” deyə məqalə müəllifi sual edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler