Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye Suriya erazisinden her hansı pay ummur”

26 Ağustos 2016

11:36 am


26/08/2016 [15:32]: xeber –
Türkiyənin Suriyada həyata keçirdiyi anti-İŞİD əməliyyatı Qərb ölkələrində
heç də birmənalı qarşılanmayıb. Belə ki, bəzi Qərb siyasiləri iddia edir ki, əslində
Türkiyə İŞİD bəhanəsi ilə Suriyada möhkəmlənməyə, onun bəzi ərazilərə əl
qoymağa çalışır.

sayt-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili
Elman Məmmədov bu iddianı Qərb siyasilərinin növbəti iftirası kimi dəyərləndirib:

“Türkiyə Suriya ərazisindən hər hansı pay ummur. Baxmayaraq ki, bəzi
Qərb siyasilərə bu əməliyyata belə bir don geyindirir. Türkiyə öz əhalisinin təhlükəsizliyini
təmin etmək üçün Suriyanın edə bilmədiyini edir. Öz əsgərlərinin canı bahasına,
öz silah-sursatı ilə terrorçu qruplardan Suriyanın Türkiyə sərhəddinə yaxın
hissələrini təmizləyir. Bu əməliyyatlar başa çatandan, terror təhlükəsi tam
aradan qalxandan sonra Türkiyə tərəfi münasib hesab etdiyi vaxtda bu əraziləri
tərk edəcək”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler