Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye sefirliyinin tehsil müşaviri BANM-de

04 Kasım 2016

7:44 am


04/11/2016 [11:42]: xeber –
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat və müşavirin müavini Faiq Bayramovla görüşüb.Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları BANM-də görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixinə nəzər salaraq Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlar haqqında ətraflı məlumat verib. Elmar Qasımov BANM-də tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələrdən söz açıb.Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri cənab Əbdülqafur Böyükfırat səmimi qəbula görə təşəkkür edib. Əddülqafur Böyükfırat BANM-in Türkiyə universitetləri ilə əməkdaşlığının gələcək inkişaf perspektivləri barədə danışıb.Görüşdə, BANM ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr, həmçinin BANM-in YÖK-lə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler