Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye sefiri Azerbaycan Prezidenti ve xalqına teşekkür edib

30 Haziran 2016

3:44 pm


30/06/2016 [19:43]: xeber –
“Azərbaycan Prezidenti İlham Əliyevə, Prezidentin şəxsində bütün Azərbaycan hakimiyyətinə və azərbaycanlı qardaşlarımıza baş vermiş faciə ilə əlaqədar nümayiş etdirdikləri həmrəyliyə görə təşəkkürümü bildirirəm”.sayt-ın  verdiyi xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.Səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəy olduğunu ən güclü şəkildə ortaya qoyub: “Baş verən hadisə çox sayda mülki insanın həyatına son qoyan, qəbuledilməz, xain terror hücumudur. Əlbəttə ki, bizim terror hücumları ilə yaşamağa alışmaq fikrimiz yoxdur. Bunlara qarşı ən güclü şəkildə mübarizə aparacağıq. Amma bu, təkcə Türkiyənin problemi deyil. Dünyanın müxtəlif yerlərində Avropada, Amerikada, Pakistanda, Afrikada baş verən qlobal problemdir. Bu problemlə mübarizə aparmaq üçün birlik olmaq lazımdır. İstanbuldakı hücumdan sonra Azərbaycanla yanaşı, müttəfiqlərimizdən həmrəylik mesajları gəldi.Lakin vacib olan hadisənin önünə keçməkdir. Biz bu məsələni həll etməliyik. Bu, təkcə Türkiyənin məsələsi deyil, hədəf təkcə Türkiyə deyil. Hədəf insanlıqdır. Bütün terror mənbələri ilə eyni qətiyyətlə mübarizə aparılmalıdır”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler