Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye razı olmaz ki, İncirlikden qalxan rus teyyareleri türkmenleri bombalasın”

19 Ağustos 2016

8:48 am


19/08/2016 [12:47]: xeber –
Politoloq Zərdüşt Əlizadə sayt-a açıqlamasında Türkiyədəki
İncirlik hərbi  bazasının Rusiyanın Hərbi-Kosmik
Qoşunlarının sərəncamına veriləcəyi ilə bağlı səslənən iddiaları şərh edib.
Politoloq bu iddiaları inanadırıcı hesab etmədiyini vurğulayıb:

“İncirlik hərbi bazasının Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin sərəncamına
veriləcəyi ilə bağlı iddialar o qədər də inandırıcı görünmür. Suriya məsələsi
ilə bağlı Rusiya və Türkiyə arasındakı ziddiyyətlər hələ də mövcuddur. Türkiyə
razı olmaz ki, İncirlikdən qalxan rus təyyarələri türkmənləri bombalasın. Unutmaq
olmaz ki, Türkiyə-Rusiya ziddiyyəti rusların türkmənləri bombalamasından
başladı. Rusiya ilə Türkiyə arasında ortaq razılaşmalar olduğu kimi fərqli,
ziddiyyətli məsələlər də var.

Texniki-təşkilati baxımdan İncirliyin rusların ixtiyarına verilməsi
mümkündür. Lakin siyasi baxımdan bunun baş verəcəyinə inanmıram”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler