Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye Osmanlı dövrünü berpa etmek niyyetinde deyil, amma…”

22 Ekim 2016

9:56 am


22/10/2016 [13:55]: xeber –
Son vaxtlar ölkə mediasında bəzi güclərin Türkiyəni İraq və Suriyada
uzunmüddətli aktiv hərbi əməliyyatlara cəlb etmək istədiyi ilə bağlı fikirlər səslənməkdədir.
Maraqlıdır, doğrudanmı hansısa güclər Türkiyənin belə bir üzücü müharibəyə cəlb
edilməsində maraqlıdır? Türkiyənin bütün basqılara rəğmən bu ölkələrdə anti-terror
əməliyyatları həyata keçirməsi hansı zərurətdən irəli gəlir?

sayt-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,
siyasi şərhçi Elxan Şahinoğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Mən düşünmürəm ki, hansısa qüvvələr Türkiyəni İraq və Suriyada
müharibəyə cəlb edir. Türkiyə hökuməti özü çalışır ki, bu prosesdə geri
qalmasın. Suriyada və İraqda hərbi bazalara malik olsun. Təbii, Türkiyənin bu
niyyəti anlaşılandır. Son illər Türkiyəyə ən böyük təhlükə məhz Suriya və İraq ərazisindən
gəlməkdədir. PKK, PYG-YPG kimi terror təşkilatlarının fəaliyyəti, onların Türkiyə
daxilində terror hadisələri törətməsi Türkiyəni narahat etməyə bilməz.
Terrorçular bu müdaxilələri İraq və Suriya ərazisindən həyata keçirdiyi üçün Türkiyənin
də bu dövlətlərdə olmasında, burada anti-terror əməliyyatları həyata keçirməsinə
ehtiyac var. Bu günlərdə Türkiyədə MHP lideri Dövlət Baxçalı belə bir fikir
bildirdi ki, texaslı İraqda, Suriyada varsa, Türkiyə niyə bu ölkələrdə olmasın?
Bu, haqlı və dügün yanaşmadır.

Türkiyə ordusu Suriya ərazisində bufer zona yaradıb. Bir neçə şəhərdən
DAEŞ terrorçularını qovub və orada möhkəmlənib. Bufer zonanın yaradılması ona
görə vacibdir ki, həm Türkiyənin təhlükəsizliyi təmin olunsun, terrorçuların
axınının qarşısı alınsın, həm də silahlı kürd qruplaşmaları birləşə bilməsin.

Bir müddət öncə bu ölkənin rəhbərliyinin dəvəti ilə türk hərbi təlimçilər
İraqın şimalında DAEŞ-lə savaşmalaı üçün yerli silahlı birləşmələrə təlimlər
keçib. Iraq hökumətinin baş naziri sonradan belə bir fikir bildirdi ki, Türkiyə
Şimali İraqdan çıxsın. Amma Türkiyəni özləri dəvət ediblər və Türkiyə oradan
çıxa bilməz. Çünki Türkiyə üçün həmin ərazidə yenə də təhlükə var. Türkiyə bu təhlükəni
önləmək, terrorçuları yerindəcə neytrallaşdırmaq üçün bölgədə qalmaq və yerli
silahlı qüvvələrə dəstək verməyə məcburdur.

Türkiyənin Osmanlı dövrünü bərpa etmək istədiyi ilə bağlı da fikirlər
səsləndirilir. Osmanlı dövründə İraq və Suriyanın bir hissəsinin Osmanlı nəzarətində
olduğu xatırlanır. Lakin şəxsən mən Türkiyənin belə bir iddiası olduğunu
sanmıram. Iraq və Suriyada sabitlik olacağı, terrorçular neytrallaşdırılacağı təqdirdə
Türkiyə ordusu bu dövlətlərədn çıxacaq. Lakin nə qədər ki, Türkiyə üçün bu dövlətlərdə
təhlükə var, türk ordusunun bu ölkələrədn çıxacağını düşünmürəm”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler