Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye ordusu PKK-nın esas gelir menbeyini mehv etdi…

26 Haziran 2016

5:36 am


26/06/2016 [09:32]: xeber –
Türkiyə ordusu PKK terror qruplaşmasına qarşı 24 tabor əsgərin iştirakı ilə əməliyyat keçirib.  Əməliyyatlar ölkənin Diyarbakır şəhərində baş tutub. Şəhərin Lice qəsəbəsi ərazisində 3 gün ərzində keçirilən anti-terror əməliyyatları zamanı PKK-ya ağır zərbə endirilib. Genişmiqyasılı əməliyyatlarda xüsusi təyinatlı qüvvələr, jandarma qüvvələri və polislər iştirak edib. Əməliyyatın məqsədi isə Lice qəsəbəsinin şimalında və cənubunda dağlıq və meşəlik ərazilərdə fəaliyyət göstərən, aralarında yüksək rütbəli terrorçularında olduğu silahlıları məhv etmək olub.Əməliyyat uğurla həyata keçirilib. Təşkilatın əsas maliyyə qaynaqlarından olan narkotik maddələrin hazırlandığı anbarlar da əməliyyatlar zamanı məhv edilib. Çox sayda narkotik maddə hazırlanmasında istifadə olunan alətlər ələ keçirilib. Həmçinin yüzlərlə hektar ərazidə salınan narkotik plantasiyaları məhv edilib.Əməliyyatlar zamanı həmçinin terrorçulardan 4 fərqli yerdə quraşdırılan bomba, 1 uzaqdan idarə olunan atəşaçma sistemi, 300 kiloqram partlayıcı maddə götürülüb.PKK-ya qarşı keçirilən əməliyyatların 2-ci günü qəsəbənin müxtəlif ərazilərində 2 ədəd “Kalaşnikov” tüfəngi, 15 ədəd “Kalaşnikov” avtomatının patron darağı və 7 ədəd raket atışında istifadə olunan silah-sursat ələ keçirilib.(ANS)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler