Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye növbedenkar seçkilere gedecekmi? – Baş nazir danışdı

25 Temmuz 2016

9:16 am


25/07/2016 [13:14]: xeber –

Türkiyənin baş
nazir Binalı Yıldırım “Bloomberg News” Televiziya və Xəbər Agentliyinə verdiyi
müsahibədə gündəmlə bağlı bəyanatlar verib.sayt xəbər verir ki, baş nazir müsahibəsində Türkiyədə
növbədənkənar seçki keçiriləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq
gətirib. B.Yıldırım növbədənkənar
seçki keçirilməyəcəyini bildirib: “Vurğulayıram
və dəqiq olaraq ifadə edirəm ki, bu məsələdə də ağılları qarışdırmağa
çalışanlar var. AKP bu zərbədən güclü çıxdı, bir basqından sonra seçki keçirməkə
falan bizim ağlımızda, təsəvvürümüzdə yoxdur. Bu etik qaydalara da sığmır. Biz
dörd illiyinə millətdən mandat almışıq və o səlahiyyətdən sonuna qədər istifadə
edəcəyik. Amma o səlahiyyəti əlimizdən almağa qalxanların da təpəsinə ağır
çəkic kimi dəyərik. Bundan sonra da belə ağlından, fikrindən keçirənlər varsa, ayaqlarını
dənk alsınlar. Seçki yoxdur, geçim (dolanışıq” var. Vətəndaşın geçimə ehtiyacı
var, işə- gücə ehtiyacı var. Xalq seçki yorğunu oldu, dayanmadan seçki. Keçən
il üç seçki keçirdik. Bir daha seçki ilə itirəcək vaxtımız yoxdur. Onun üçün
bizimçün seçki demək iqtisadi fəaliyyətin ləngiməsi deməkdir, seçki demək işlərin
yarıda qalması deməkdir, seçki demək gələcək planların təxirə salınması deməkdir.
Bu səbəbdən də seçkiyə ehtiyac olmadığı halda, seçkini gündəmə gətirmək ölkəni
sevmək demək deyil. Onun üçün belə bir proqramımız yoxdur”.Baş nazir
daha sonra konstitusiyanın dəyişdirilməsi və  prezident üsuli-idarəsinə keçilməsi ilə bağlı
məsələyə də münasibət bildirib: “Türkiyədə
yeni konstitusiyaya keçilməsi bütün partiyaların son 15 ildir ki, istədiyi bir
məsələdir. Prezidentlik üsuli-idarəsi də onsuz da yeni konstitusiya daxilində
həll edilməli olan bir məqamdır. Bizim indi prezidentlik üsuli-idarəsini və ya
yeni konstitusiyanı təkbaşına, AKP olaraq qəbul etmək kimi  şansımız yoxdur. Onun üçün razılaşmamız
lazımdır. Parlamentdə ən az 330 lehinə səs almağımız lazımdır ki, yeni
konstitusiya və prezidentlik təklifimiz referenduma getsin. Hazırda bizim bunu
təkbaşına etmək şansımız yoxdur. O üzdən partiyalara da müraciət edirik,
deyirik ki, gəlin, hamımız bir olaq, 79 milyonluq xalqın ehtiyacını
qarşılayacaq, hər kəsin “bu konstitusiyanın içində mən də varam”, “bu
konstitusiya məni də əhatə edir” deyə biləcəyi bir dəyişikliyi edək və bunu
xalqımızın təsdiqinə verək. Bizim mövqeyimiz budur. Dünən də belə idi, bu gün
də belədir. Prezidentlik
üsuli-idarəsi nə üçün lazımdır? Sabitlik üçün, etimad üçün. Prezidentlik üsuli-idarəsində
məhz bu və buna bənzər çevrilişlərə cəhd edənlər ola bilməz. Çünki mütləq
siyasi iradə hakimiyyəti vardır. Ancaq zəif hakimiyyətlərdə bu üsyançıların
həvəsi artar.  AKP hakimiyyətində buna
bənzər cəhdlər çox olub və hər dəfə bunu zərərsizləşdirməyi bilmişik. Necə bacarmışıq?
Çünki millət arxamızda dayanıb. Əgər xalqınız arxanızda dayanmasa, nə qədər
güclü olsanız olun, heç bir faydası olmaz, yox olub gedərsiniz. Xalq rəğmən iqtidar
olmaq olmaz. Xalq iradəsinə rəğmən hakimiyyətdə olmaq olmaz. Onun üçün biz bu
məsələlərdə digər siyasi rəqiblərimizlə görüşməyə hər zaman hazırıq.
Görəcəyimiz bir dəyişiklik cəmiyyətin yüzdə yüzün olmasa belə, böyük bir hissəsini,
əksəriyyətini əhatə etməlidir, onların qəbul edə biləcəyi bir forma olmalıdır”.
Baş nazir B.Yıldırım
daha sonra çıxışında bunları vurğulayıb:”Biz bu
planlarımızdan imtina etməmişik. Çevrilişə cəhd oldu deyə hər şeydən imtina
edəcəyik, kənara çəkəcəyik deyə bir məsələ yoxdur. Bunu heç kim bizdən
gözləməsin. Millətimizin tələbini, istəyini ödəmək üçün hər cür işi görəcəyik.
Bizə bir fədakarlıq düşürsə, bu fədakarlığı da edirik. Amma yetər ki,
problemlər həll olunsun, ortada qalmasın. Problemlərin həlli üçün danışaraq
addımlar ataq. Çünki zamanın da mahiyyəti var, zaman bəzən puldan daha qiymətlidir.
İtirdiyimiz pulu geri qaytara bilərik, amma zamanı qaytarmaq imkanı yoxdur.
Onun üçün də biz islahat işlərinə heç bir şəkildə ləngimədən, sürəti azaltmadan
davam edəcəyik”. Zəhra

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler