Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye nota verdi – İtaliyaya

12 Ağustos 2016

2:48 pm


12/08/2016 [18:45]: xeber –
Türkiyə Yunanıstandan qaçan hərbi attaşelərlə bağlı İtaliyaya nota verib.APA-nın məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə RİA Novosti agentliyinə bildirib ki, Türkiyənin İtaliyadakı səfirliyi tərəfindən verilən şifahi notada söhbət Yunanıstandan İtaliyaya qaçmış və Hollandiyaya yollandıqları ehtimal olunan attaşelərdən gedir. Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan XİN-ə müraciət edərək Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və  hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün onların akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir. İ. Yaşıtlı və H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan İ. Yaşıtlı və  H. Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar. Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, Ankara onlarla bağlı artıq İtaliya tərəfi ilə əlaqə qurmağa başlayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler