Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye mehsulları Azerbaycan bazarının üzüne açılmalıdır”

19 Haziran 2016

7:28 am


19/06/2016 [11:24]: xeber –
Azərbaycanda becərilən
xiyar, pomidor və s. kimi tərəvəz məhsullarının Rusiyaya daşınması daxili bazarda
bu məhsulların qiymətinin yüksəlməsinə səbəb olub. Halbuki, vətəndaşların böyük
əksəriyyəti hesab edir ki, hökumət ilk növbədə daxili bazarın qeydinə qalmalı,
yalnız budnan sonra ixracat haqqında düşünməlidir.

Məsələ ilə bağlı
sayt-a açqılama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman
Əliyev daxili bazarın qeydinə qalmağın vacib olduğunu vurğulayıb:

“Təbii ki, hakimiyyət bu
məsələdə ilk növbədə  daxili bazarın
qorunmasına önəm verməli, qiymətlərin bahalaşmasının qarşısını almalıdır. Əgər
bu gün Rusiya bazarında Azərbaycan məhsullarına tələbat varsa, hansısa fermer
öz məhsullarını Rusiya bazarında daha yüksək qiymətə sata bilirsə satsın. Buna
etirazımız yoxdur. Lakin əgər Azərbaycan məhsulları Rusiyaya daşınırsa, o zaman
Rusiya bazarından məhrum olan Türkiyə məhsullarının ölkəyə girişinə şərait
yaradılmalıdır. Bu yoldakı bütün süni əngəllər aradan qaldırılmalıdır.

Türkiyə məhsullarının Azərbaycan
bazarına axını bu bazarda qiymətlərin ucuzlaşmasına, insanların ucuz tərəvəz məhsulları
ilə təmin edilməsinə səbəb ola bilər. Lakin təəssüf ki, Türkiyə məhsulları da
Azərbaycana buraxılmır. Nəticədə daxili bazarda qiymətlər yüksək olaraq qalır və
insanlar özlərinin bir çox məhsullara olan tələbatını ödəyə bilmirlər. Bu isə
hakimiyyətin xalqa olan münasibətindən xəbər verir”.

 

Seymur Əliyev

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler