Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye-İraq müharibesinin baş vermesi istisnadır, amma…”

21 Ekim 2016

9:16 am


21/10/2016 [13:13]: xeber –
Son günlər Türkiyə-İraq münasibətlərinin əhəmiyyətli
dərəcədə gərginləşməsi müşahidə edilməkdədir. Türk ordusunun İraq ərazisində həyata
keçirdiyi anti-terror əməliyyatlarının qeyri-qanuni olması ilə bağlı həm ABŞ, həm
də İraq hökuməti tərəfindən mütəmadi bəyanatlar verilməkdədir ki, bu da bəzi
ekspertlər tərəfindən Türkiyə-İraq müharibəsinin mümkünlüyü ilə bağlı
ehtimalların ortaya atılmasına səbəb olub.

Maraqlıdır, Türkiyə-İraq gərginliyinin açıq hərbi
qarşıdurma müstəvisinə keçməsi mümkündürmü? İndiki məqamda belə bir müharibə nə
dərəcədə real görünür?

Məsələ ilə bağlı sayt-a açıqlama verən
politoloq Qabil Hüseynli bu ehtimalı inandırıcı hesab etmədiyini söylədi:

“Mən Türkiyə-İraq müharibəsinin baş verməsini
istisna edirəm. Belə bir müharibənin mümkünlüyü inandırıcı deyil. Məsələ
ondadır ki, İraqı Türkiyəyə qarşı qızışdıran bir çox güclər var ki, onlardan da
biri İrandır. Onlar Türkiyə-İraq gərginliyinin yaşanmasına maraqlıdırlar.
Amerikanın da bu məsələdə tutduğu mövqe arzuedilən deyil. Odur ki, Türkiyə
bütün hallarda diqqətli və ehtiyatlı olmalıdır. Əgər şərtlər Türkiyə üçün əlverişlid
eyilsə, Mosuldakı əməliyyatlarda iştirakdan da imtina etməlidir”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler