Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye ile Rusiyanın emekdaşlığı evvelki veziyyete qayıtmalıdır”

27 Haziran 2016

3:48 pm


27/06/2016 [19:44]: xeber –
Türkiyə prezidenti R.T. Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə məktbu göndərib ondan üzür istəməsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında da birmənalı qarşılanmayıb. Bununla bağlı sayt saytına açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, qardaş Türkiyə dövlətinin belə bir vəziyyətə gəlib çıxması bizdə də təəssüf hiss doğurur: “ Ancaq onu da qeyd etmək istəyirəm ki, Türkiyə dövlətinin Rusiyaya məxsus qırıcının vurulmasının ilk gündən yanlış olduğunu Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan yalnız BAXCP və onun lideri Qüdrət Həsənquliyev açıq şəkildə bəyan etdi və bunun Türkiyə-Rusiya münasibətlərinə çox ciddi zərbə vuracağını bildirmişdi.  Hətta buna görə Qüdrət bəyə qarşı  kampaniya da təşkil edildi. Bizi “Rusiyapərəst” olmaqda da ittiham etdilər. Zaman göstərdi ki, BAXCP tam haqlı idi…Artıq bu gün Türkiyə prezidenti R.T.Ərdoğan Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması ilə bağlı Vladimir Putinə məktub göndərib və Ərdoğan Rusiyanı Türkiyənin dostu və strateji tərəfdaşı adlandırıb.  Türkiyə prezidenti hətta məktbubunda qeyd edib ki, heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq kimi niyyəti olmayıb. Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin normallaşması və onların ənənəvi səviyyəyədək bərpa olunması üçün əlindən gələni etməyə hazır olduğunu da bəyan edib. Məncə, bundan sonra Rusiya Türkiyə münasibətlərinə yenidən baxmalıdır. Və Rusiya Türkiyə ilə əməkdaşlığını davam etdirməlidir. Ən düzgün siyasət reallığa uyğun atılan siyasətdır. Və mən düşünürəm ki, bundan sonra Türkiyə ilə Rusiyanın əməkdaşlığı əvvəlki vəziyyətə qayıtmalıdır.  “




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler