Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye ile Ermenistan serhedlerinin açılması bizim xeyrimizedir”

25 Temmuz 2016

1:08 pm


25/07/2016 [17:06]: xeber –
Türkiyənin
“Hürriyet” qəzeti AKP hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını
və rəsmi İrəvanla bu istiqamətdə danışıqlara hazırlaşdığını bildirib.

Maraqlıdır,
Türkiyə-Ermənistan sərhəddinin açılması mümkündürmü və və bu, Azərbaycana nə vəd
edir?

Məsələ
ilə sayt-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli sərhədlərin
açılmasına tərəfdar olduğunu bildirib:

“Xatırlayarsınız
yəqin ki, bu məsələ bir neçə il öncə gündəmə gəlmişdi. Azərbaycandan bu məsələdə
Türkiyənin Ermənistanla sərhədi açmasına tərəfdar olan üçün üç nəfər vardı – rəhmətlik
Vəfa Quluzadə, Şahvələd Çobanoğlu və mən. Mən inanıram ki, Türkiyə ilə Ermənistan
sərhədlərinin açılması bizim xeyrimizədir. Türkiyə ilə Ermənistan arasında
dialoq nə qədər güclənərsə, Qarabağ düyününün açılması da o qədər asanlaşar.

Bir
neçə il öncə bu məsələ gündəmə gələndə ən çox narahat olan Rusiya və İran oldu.
Elə təkcə bu fakt özü bəsdir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılmasının hansı nəticələrə gətirəcəyini görəsən. İndi Türkiyə və Rusiya
arasında münasibətlər normallaşır. Bu, həm Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılması, həm də Qarabağın işğaldan azad edilməsinə yardımçı olacaq faktordur.
Mən birmənalı olaraq bu məsələdə sərhədlərin açılmasından yanayam. Bu mənim Azərbaycana
olan sevgimdən qaynaqlanan inancımdır. Onsuz da indi sərhədlərin bağlılığı
formal xarakter daşıyır. Ermənilər Türkiyəyə rahat gedib-gəlirlər”.Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler