Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye hökumeti ve parlamenti onlardan bunun hesabını sormalıdır…”

21 Temmuz 2016
7:32 pm


21/07/2016 [23:30]: xeber –
Tarix çətin
ki, 15 iyulda qardaş Turkiyədə bas verən ağır və fəlakətli hadisəni unuda
bilsin. Bu, sadəcə mumkün deyil. Turkiyənin bağrına elə bir xəncər saplanmışdır
ki, hələ uzun zaman onun yarası qaysaq bağlamayacaqdır. Qanuni höküməti,
seçilmiş prezidenti devirmək üçün nədən bu qan töküldü? Kimlər bu xəyanəti
hazırladı? Təkcə Fətullah Gülənmi ? Bu sualların cavabı hökmən tapılacaq və qəsdə
duranların  cəzası hökmən veriləcəkdir.  Bu, ona görə xususi ilə vacibdir ki, tarixin
dərsi gələcəkdə təkrar yanlışlıqlara bir daha yol verilməsinin önünü kəssin.
Osmanlı  dövründən başlayaraq zəmanəmizədək
bu çevrilişlər Türkiyəyə rahatlıq verməyib. İnanmaq istərdim ki, 15 iyul son
olacaqdır. Ordunun içərisindən ayrılan bir hissənin hökumətə qarşı çıxmasına,
günahsız insanlara silah qaldırmasına heç bir bəraət, haqq qazandırmaq olmaz.
Türk xalqının birliyi isbat etdir ki, silahla, bombalarla onu qorxutmaq, Türkiyəni
təməl prinsiplərdən çəkindirmək mümkünsüzdür.

Bir insan olaraq bu təhlükəli prosesə qida
verənləri tənqid etdim. Mövqeyimi bir sıra 
saytlarda açıqladım. Hələ bu zaman bilinmirdi kı, vəziyyət necə
yekunlaşacaq, qiyamçılar məğlub olacaq, ya əksinə, onlar qanuni hökuməti devirəcəklər…

Türkiyənin bütövlüyü, dövlətin möhkəmliyi
qardaş ölkənin gələcəyi üçün taleyüklü bir məsələdir. Buna qarşı əl qoyan ən qəddar
düşməndir. Azərbaycana görə də Türkiyənin əzəməti tarixi əhəmiyyət kəsb edən
dönməz strateji maraqlar çərçivəsinə daxildir.15-16 iyul Türkiyə qədər Azərbaycanda da
böyük narahatlıq və həyəcanla izlənildi. Odur ki, dərbənin iflasa uğraması həm
də bizim üçün ciddi önəm daşıyır. Öz yenilməzliyini nümayiş etdirən türk xalqı
sübut etdi ki, ən ağır silahlar belə onun qarşısında acizdir. Nəhayət, əmin
olmaq istərdik ki, qardaş ölkə xaosdan, həm də vətəndaş müharibəsinə sürüklənəcəyi
ehtimaldan qurtulmuş oldu.

Ümumiyyətlə, bəzi ayrıntılar üzərində
mülahizələr aparmaq fikrində deyiləm. Düşündürücü, məntiqə söykənən bəzi məsələlər
vardır ki, onların üstündə  dayanmağı
indilərdə ona görə məqbul saymıram ki, başlar-beyinlər o qədər isti və
çılğındır ki, deyilən hər sözün sərt qarşılanacağına təminat vermək çox çətindir.
Bir azdan o isti başlar söyuyarkən ifadə və çıxışların alt qatındakı
qavramların nədən ibarət olduğunu daha dərindən öyrənə biləcəyik və bizlərin
bilmədikləri çox mətləblər üzə çıxacaqdır. O zaman  daha cəsurcasına danışacağıq. Doğrudan çətindir.
Örnək bir misal. Dünən nüfuzlu qələm sahibi dostlarımın biri ilə 15 iyul Türkiyə
hadisələri haqda söhbət edirdik. Maraqlı analizi diqqətimi çəkdi və ondan nədən
dediklərini qələmə almamasını soruşdum. Cavabı bilirsinizmi, necə oldu?! Söylədi
ki, “yaxın günlərdə İstanbula cərrahiyyə əməliyyatına gedəcəyəm, məni dayandıran
budur.” Qorxduğunu açıq-aydın duydum. Daha danışmadı, susdu… Sanki məndən
ehtiyat edirmiş  kimi göründü. Gözlərinə
baxdım, bəbəklərindəki həyəcan  şimşəyin çaxmasına bərabər idi… Məəttəl
qalmışdım. Yəni doğrudanmı, Türkiyə  belə
vahim nöqtəyə gəlib çixa bilər? Yəni doğrudanmı, Stalinist düşüncənin vətən qədər
sevdiyimiz Türkiyədə baş qaldırması mümkündür?! İnana bilmirəm. Ancaq dostum
qorxurdu. Onunla danışa-danışa fikrimdən bir başqa şey keçirdi. Yadıma  1994-95-illərdə Azərbaycanda baş verən qiyamlar
gəlib düşdü. Cinayətkarlar cəzəlandırıldılar, Ulu Öndər Heydər Əliyevin bir
çağırışı ilə on minlərlə vətəndaşımız qanuni höküməti qorumaq üçün Prezident
sarayının qarşısına toplaşdı. Lakin buna baxmayaraq, silahlı qiyamçıları  mətbuatda müdafiə edən adamlar az sayda olsa
da, onlara qarşı hər hansı cəza tədbiri görülmürdü. İnsafən, deməliyəm ki,
qorxunc bir muhit yox idi. Türkiyədəki kimi saysız-hesabsız həbslər də baş vermədi.
Nədən bu qənaətimi bölüşmək istədim? Qardaş ölkədə artıq həbs olunanların və işdən
azad edilənlərin sayı on minləri keçib. Mən cinayət iştirakçılarının müdafiəçisi
qismində çıxış etməkdən qəti uzağam. Ancaq bir şeyi də anlamaq lazımdır ki, “təmizləmə
seli”nin ağzına minlərlə adamın atılması Türkiyə üçün yaxşı vədlər vermir. Hər
şeydən əvvəl Türk demokrasi və huququnun qalib gələcəyi ümidindəyəm.

Qazi Müstafa Kamal Atatürkün qurduğu dövlət
gələcəkdə daha möhkəm, daha hürr yaşamağa layiqdir. Lakin onun yaratdığı Millət
Məclisinin göydən bombalanmasını da bu günlərdə ürək ağrısı ilə yad etməmək
mümkün deyildir. Bu bombalar qanunun, demokratiyanın, insan huquq və
azadlıqlarının, Türk xalqının tələb və istəklərini qoruyan müqəddəs bir ocağın
üzərinə atıldı… Vicdanın, şərəfin itirildiyi yerdə məhz belə faciələr olur.
Kimlər buna imza atdı, hansı ağılsız başlar buna qərar verdi? İnsanı içindən
parçalayan, damarlarında qanını donduran belə iyrənc tərz Türkiyənin tarixinin
heç bir  dönəmində baş verməmişdir.
Burada sıravi Türk əsgərinin günahlandırılması, toplum şəklində Türkiyənin
bütün Silahlı Qüvvələrinin bəzi provakasion 
hədəflərə məruz qoyulması qəbuledilməzdir. Sıralarında 7 il xidmət
etdiyim doğma Azərbaycan ordusu qədər sevdiyim və ürəyimin bir parçası
olan  Türkiyə ordusunun bu hala gətirilməsini
yanğı ilə qarşılayıram. Bəzi tablolara baxmaq belə adama çox çətindir. İndiki
günlərdə məni daha çox düşündürən bir də budur ki, dərbəyə cəlb edilən əsgərlər
istisna olmaqla əlində silah vətənin keşiyini çəkən yüz minlərlə əsgər hansı
hissələri keçirir. Həqiqətən, ağırdır. Uca Rəbbimiz Türkiyəni bu bəladan hifz
etsin.

Başqa bir mühüm məsələ nədən ibarətdir?
Qısaca olaraq bunun üzərində dayanmağı özümə borc bilirəm. Axı necə oldu ki,
FETO-çular  bütün dovlət orqanlarını, hətta
Silahlı Qüvvələri bu dərəcədə bürüdü? Qəribədir ki,  Prezident Ərdoğanın və Baş Qərərgah rəisi
Hulusi Akarın yavərləri də Fətullahçı çıxdı. Adamlar  bu üst qatlara necə
dırmanmışlar? Ərdoğan bildirir ki, dərbə barədə onu ilk məlumatlandıran yeznəsi
olub. Bəs Prezidenti xəbərdar etməkdə Türkiyənin xususi xidmət orqanlarının  gecikməsinə nələr səbəb olmuşdur? Maraqlı
motivlərin və gözləntilərin çox yaxın vaxtlarda aşkar edilməsinə şahid olmasını
istərdik. FETO-çuların illərlə hazırlıq apararaq dövlət strukturlarına
soxulmasının önünün vaxtında alınmaması gətirib belə bir faciəyə çıxardı. Axı
bir-iki-beş deyil, minlərlə adamdan söhbət gedir… Söhbət ondan gedir ki, sadəcə
yetkili orqanlar və onların rəhbərləri öz işlərini layiqincə yetirməkdən uzaq
düşübmüşlər. Deməli ki, FETO-çular daha yaxşı işləyə biliblər. Çox sadə məntiq bunu deyir. Dəhşətli
burasıdır ki, devrimçilər ordunu başına götürür, Hulusi Akarın bunun birindən də
xəbəri olmur. Bəlkə olub, o zaman gördüyü tədbirlər planı harada gizlənib? Təssəvvür
edin, qırıcılar saat 1000 radələrində göydən bombaları tökür, sanki hər şeydən
xəbərsiz kimi Hərbi Hava Qüvvələrinin komandanı qızının toyunu keçirir və bu
şadyanalıqda  toyxanaya girən dərbəçilər
komandanın başına torba salıb əsir götürürlər… Bundan bir neçə dəqiqə əvvəl
isə oxşar qəzavü-qədər ordu generalı Hulusi Akarın başına açılır.  Yaxın zabitləri tərəfindən onun da əl-ayağı
bağlanaraq əsir alınır və 12 saat Baş Qərargah rəisindən xəbər tutulmur. Dəhşət
burasıdır… Başqa bir ölkə də, zənnimizcə, belə bir biabırçı olay baş versəydi,
ya dərhal həmin şəxslər istefaya göndərilər, ya da həmin şəxsin özü vicdanı
qarşısında hesabat verərək özü kürsünü tərk edərdi.  Milli İstihparat Təşkilatıdakı durğunluq da
gözdən kənarda deyildir. Dövlətin və millətin təhlükəsizliyi qanunla  bu qurumların öhdəsindədir. Onların rəhbər şəxsləri
indiyədək hara baxıb və nə ilə məşqul olublar? 
Türkiyə höküməti və parlamenti onlardan bunun hesabını
sormalıdırlar.  Bunu gözləyək.

    

Eldar Sabiroğlukeçmiş millət vəkili,
ehtiyatda olan polkovnik




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler