Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye heqiqetenmi Rusiyanın herbi desteyine möhtacdır?

06 Eylül 2016

4:56 pm


06/09/2016 [20:54]: xeber –
Türkiyə Suriyadakı əməliyyatlara yerüstü dəstək vermək xahişi ilə
Rusiyaya müraciət edib.

Maraqlıdır, Türkiyə doğrudanmı Rusiyanın hərbi dəstəyinə möhtacdır? Həqiqətənmi
Türkiyə Suriyada başlatdğı əməliyyatı təkbaşına davam etdirmək iqtidarında
deyil?

sayt-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin
rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin hərbi gücünün yetərincə
olduğunu vurğuladı:

“Doğrusu bu informasiya məndə təəccüb doğurur. Türkiyə Suriya ərazisində
qısa müddətdə böyük uğura imza atıb. Ola bilsin ki, bu, Türkiyə tərəfindən
Rusiyaya edilən bir jestdir. Türkiyənin müvəffəqiyyətləri fonunda Rusiyanın da
bu uğurda iştirakını göstərmək, onu da bu uğura ortaq etmək məqsədi ilə Ərdoğan
belə bir jest etsin. Lakin hər bir halda düşünürəm ki, Türkiyənin Suriyadakı
uğurlarını davam etdirmək üçün Rusiyadan qat-qat geniş imkanları mövcuddur. Yəni
Türkiyə bu əməliyytları təkbaşına da davam etdirə bilər. Yəni düşünmək doğru
deyil ki, Türkiyənin gücü tükənib və indi Rusiyanın imkanlarından istifadə etməyə
qərar verib. Ola bilsin ki, Rusiya tərəfinin özünün bununla bağlı bir xahişi
olub. Istəyib ki, Türkiyənin uğurları fonunda özünü reklam etdirsin. Türkiyə
regiona Rusiyadan daha yaxşı bələddir. Hesab edirəm ki, Türkiyə tərəfinin bu
istəyi Rusiyanın xahişi əsasında reallaşıb”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler