Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye goranboylu qızı axtarır: -Toy günü qaçdı+Fotolar

11 Kasım 2016

12:08 pm


11/11/2016 [16:04]: xeber –
Türkiyədən çox böyük marağa səbəb olacaq müraciət daxil olub.Müraciəti ünvanlayan şəxsin adı Səməd İlgündür. O, Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını bildirir.Səməd deyir ki, Samirə gedərkən 3000 dollar pul, qızıl-ziynət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb:”Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-ziynət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb”.Səməd qızın tapılması üçün bizdən kömək istəyib:”Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır”.(Femida.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler