Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye fındığının en tehlükeli qida olduğu müeyyen edildi

16 Ekim 2016

2:36 pm


16/10/2016 [18:35]: xeber –
sayt xəbər verir ki, İtaliyada ən təhlükəli ərzaqların adlarının açıqlandığı siyahıda ilk sırada Türkiyə fındığı yer alıb. İtalyanın Coldiretti Dərnəyi  tərəfindən hazırlanan “ən təhlükəli qida maddələri” siyahısında Türk fındığı tərkibində kanserogen aflatoksin maddəsi olduğuna görə ən təhlükəli qida hesab olunub.Coldiretti siyahısı 2015-ci ildə qidaların tərkibindəki kimyəvi qalıqlar, mikotoksin, ağır metallar, mikrobioloji tullantılar, töhfə maddələri və renklendiricilər müəyyən edilməsi nəticəsində hazırlanıb. Siyahını tərtib edənlər ölkədəki bütün qidaları, o cümlədən də ölkəyə idxal olunan qidaları ciddi müayinədən keçirdikdən sonra  riskli qidalarla bağlı qeydlər ediblər. Bu qeydlər əsasında təhlillər aparıblar. Siyahı 14-15 oktyabrda keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Forumunda təqdim olunub. “Ən təhlükəli qidalar” siyahısında 2-ci sırada Çindən idxal edilən yer fıstığı, 3-ci sırada Hindistandan gələn acı istiot, 4-ci sırada da İspaniyadan idxal olunan ton və qılınc balığı yer alıb. Siyahıya həmçinin Vyetnamdan gələn quru balıqlar, İran və ABŞ-dan gələn quru meyvələr, Fransadan gələn süd məhsulları, Polşadan gələn heyvan ətləri, Çindən gələn gül kələmi və göbələk də daxil edilib. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler