Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye Cumhuriyyetinin 10-cu ilinde çekilmiş fotolar yayıldı – İLK DƏFƏ

29 Ekim 2016

9:40 am


29/10/2016 [13:39]: xeber –
1933-cü ildə Türkiyədə Cumhuriyyətin 10-cu ildönümü dəbdəbəli şəkildə qeyd edilib. Həmin tarixdən çox illər keçməsinə baxmayaraq indiyədək 1933-cü ildəki qədər geniş mərasim təşkil edilməyib. Türkiyə mətbuatında ilk dəfə 1933-cü ildə keçirilən möhtəşəm Cumhuriyyət bayramına aid fotoşəkillər yayılıb. Həmin il Mustafa Kamal Atatürk  xalqa müraciət nitqi hazırlayıbmış və bu müraciəti dinləmək üçün xalqın bütün təbəqələrindən olan nümayəndələrin Ankaraya dəvət edilməsini istəyib. Bu məqsədlə ətraf rayonlardan 1600-ə qədər kəndli Ankaraya dəvət edilib. Dəvət olunanlar arasında ərini, oğlunu müharibədə itirmiş qadınlar da olub. Qatarla gələ bilənlər qatarla , qatar yoluna uzaq olanlar isə 2-3 günlük yolu at belində Ankaraya gəliblər. Gələnlərdən min nəfəri atlı, 600 nəfəri isə piyada olub. Kəndlilərin yerləşdirilməsi üçün 17 oktyabrdan etibarən məktəblər də tətil elan edilib. Kəndlilər bayram mərasiminə qədər ibtidai siniflərdə qonaq qalıblar. Xatırladaq ki, mediada yayılan bu fotoşəkillərlə yanaşı həmin tarixdə çəkilmiş film də mövcuddur. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik Osmanlı dövlətinin son dövrünə, Cumhuriyyətin təşkilatlanma illərinə və Atatürkə aid 2288 filmin bərpası və rəqəmsal lentə köçürülməsi işlərini davam etdirir. Mədəni irs baxımından böyük əhəmiyyətə malik bu işlər artıq tamamlanmaq üzrədir. 1933-cü ilin 29 oktyabrında lentə alınmış görüntülər  Türk kinosunun 100-cü, Cümhuriyyətin isə 91-ci ilində ictimaiyyətin diqqətinə çatdırılacaq. Qeyd edək ki, 1933-cü ildə Ankarada Hipodrom meydanında keçirilmiş mərasimdə 11 dəqiqə 24 saniyəlik film çəkilib. Mərasim çərçivəsində həyata keçirilən paradda Prezident Mustafa Kamal Atatürk, Baş Nazir İsmət İnönü, Baş Qərargah Rəisi Marşal Fevzi Çaxmaq və digər hökumət üzvləri, eləcə də xarici nümayəndələr iştirak edib. Paradda əvvəlcə tələbələr, daha sonra isə əsgərlər Atatürkü rəsmi salamlayıb. Daha sonra növbə ilə tribunaya çıxan iki natiq həmin günün mənasını və əhəmiyyətini vurğulayan çıxışlar edib. Yekun çıxışları isə xarici dövlət nümayəndələri edib.Film hər kəsin Millət Meydanında yüksək səslə 10-cu il marşını oxumasıyla yekunlaşır. sayt Türkiyə Cumhuriyyətinin 10-cu ildönümündə çəkilmiş həmin fotoşəkilləri təqdim edir:Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler