Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye bu addımı atarsa, Azerbaycanla müttefiqliyini pozmuş olar”

17 Ağustos 2016

5:32 am


17/08/2016 [09:31]: xeber –
Son vaxtlar Türkiyə-Ermənistan sərhədlərinin açılmasının sadəcə bu
dövlətlərin deyil, eləcə də Azərbaycanın maraqlarına cavab verməsi ilə bağlı
fikirlər səslənməkdədir. Bu düşüncə sahibləri hesab edir ki, sərhədlərin
açılması türk faktorunun Ermənistanda yayılmasına səbəb olar ki, bu da öz növbəsində
Qarabağ probleminin həllinə təkan verə bilər.

Məsələ ilə bağlı sayt-a açıqlama verən millət vəkili Aydın
Mirzəzadə bu qənaəti bölüşmədiyini vurğuladı:

“Azərbaycan torpaqları işğalda olduğu halda Türkiyə-Ermənistan sərhəddinin
açılması birincisi, Türkiyənin Azərbaycanla müttəfiqliyini pozması demək olar.
Ikincisi, bu, Qarabağ probeminin həllinə heç bir halda kömək etməz. Ermənistan
bununla yaşamaq üçün yeni bir nəsəflik əldə edər, həmçinin poblemin həllini
sonraya saxlayar.

Türkiyənin Azərbaycann ərazi bütövlüyünü qoruması üçün Ermənistanla sərhəddi
bağlaması onun Azərbaycanla dostluq münasibətlərinə çox böyük hörmətlə
yanaşdığını göstərir. Dəfələrlə Türkiyə tərəfi Qarabağ problemi həll olunmayana
qədər sərhədləri açmayacağını bildirib. Bu başqa məsələdir ki, problem həll
ediləndən sonra sərhədlər açılacaq. Lakin öncə Qarabağ probleminin həll edilməsi
gərəkir”.

 

Seymur Əliyev

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler