Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye Azerbaycan üçün yeni peykler istehsal etmeye hazırdır

06 Ekim 2016

3:16 pm


06/10/2016 [19:15]: xeber –
Türkiyə hazırda orbitdə olan “Azersky” və “Azerspace-1” kosmik aparatlarının istismar müddəti bitincə, Azərbaycan üçün aşağı orbitli və geostasionar peyklər istehsal etməyə hazırdır.Bu sözləri Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.Onun sözlərinə görə, Tükiyənin Aviasiya-Kosmik Sənayesi Dövlət Şirkətinin (TAI) tərkibində fəaliyyət göstərən Kosmik Sistemlərin Sınağı və İnteqrasiyası Mərkəzində (USET) müxtəlif tip peyklərin sınaq və yığımını həyata keçirmək mümkündür.Nazir qeyd edib ki, bu mərkəzdə ilk milli peykin istehsalı üzrə işlər aparılır: “Bununla əlaqədar USET mütəxəssisləri Azərbaycan üçün Yerin zondlaşdırılması üçün rabitə peykləri və kosmik aparatların yığılmasını təmin edə bilərlər”.O əlavə edib ki, Türkiyə perspektivdə özünün “Göktürk-2” aşağıorbitli peykinin resurslarını Azərbaycanın istifadəsinə verməyə hazırdır:“Bununla yanaşı, Azərbaycan ərazisində Türkiyənin peyk geolokasiya sisteminin genişləndirilməsi və resurs mübadiləsi də mümkündür”.Nazir “CanSat” mini peyklərinin layihələndirilməsi üzrə iki ölkə universitetləri arasında əməkdaşlığı təklif edir.(Trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler