Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye-Azerbaycan elaqeleri “bir millet iki dövlet” anlayışı üzerinde qurulub” -Sefir

29 Ekim 2016

9:36 am


29/10/2016 [13:35]: xeber –
Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral, diplomatik nümayəndəliyin əməkdaşları, türkiyəli iş adamları və diaspora üzvləri Şəhidlər xiyabanında yerləşən Türk şəhidliyini ziyarət ediblər.Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, daha sonra səfir Erkan Özoral abidə önündə əklil qoyub.Səfir deyib ki, Azərbaycanın müxtəlif bölgələrində olan türk şəhidlərinin abidələri iki ölkə arasında əbədi qardaşlığın göstəricisidir: “Türk əsgərlərinin Azərbaycanda yazdıqları qəhrəmanlıq dastanları bu gün əlaqələrimizin “bir millət iki dövlət” anlayışı üzərində qurulduğunun ən bariz göstəricisidir”.Türkiyə Cümhuriyyətinin qurulması uğrunda 93 il bundan əvvəlki döyüşləri xatırladan səfir deyib ki, iyulun 15-də düşmənlər Türkiyənin demokratiyasına, hürriyyətinə qarşı sui-qəsd etməyə və türk millətinə ləkə yaxmağa cəhd göstəriblər, lakin bu cəhd uğursuzluğa düçar olub.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler