Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türkiye-ABŞ münasibetlerinde kritik hefte – Azerbaycan üçün de heyecanlı dönem

22 Ağustos 2016

4:52 am


22/08/2016 [08:50]: xeber –
15 iyul “darbe”sinin müttəfiqlərə qurduğu tənlik çözüm ərəfəsində; Bu gün prezident Barak Obamanın ədliyyə generalları “Gülən işi” ilə bağlı ilk dəfə Ankaraya gəlirlər; səfərdən dərhal sonra vitse-prezident Bayden də Türkiyədə olacaq; Pensilvaniyadakı şəxslə bağlı verilən qərar Vaşinqton-Bakı əlaqələrinə də təsirsiz ötüşməyəcək… (Manset) ABŞ-Türkiyə münasibətlərində qeyri-müəyyən və gərgin dönəm davam edir. Qardaş ölkədəki 15 iyul uğursuz hərbi çevriliş cəhdindən sonra Ankara ilə Vaşinqton arasında bitən “Gülən kolu” bu münasibətlərin ən aşağı səviyyəyə enməsinə gətirib. Aydın görünür ki, tərəflər ən əvvəl bu problemi çözməlidir ki, qarşılıqlı etimad əvvəlki səviyyəyə qayıda bilsin.   Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzunu – Fətullah Gülənin ekstradisiyası məsələsini bir daha ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı müzakirə edib. Məlumata görə, onlar həmçinin Kerri və Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini də müzakirə ediblər. Bu gün isə Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Türkiyəyə təşrif buyuracaq. Avqustun 24-dək çəkəcək bu səfər çərçivəsində nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.Prezident Obamanın adını açıqlamayan nümayəndəsi “Blumberq” telekanalına açıqlamasında vitse-prezident Baydenin 24 avqustda planlaşdırılan səfərindən öncə nümayəndə heyətinin Ankarada ekstradisiya məsələsini müzakirə edəcəyini deyib (Axar.az). Analitiklərə görə, Obamanın nümayəndə heyətini Türkiyəyə göndərməsi Gülənin ekstradisiya tələbinə önəm verdiyini göstərir. Bu arada isə tərəflər arasında Gülən mövzusunda açıqlama və bəyanatlar mübadiləsi, bir az da əsəb müharibəsi davam etməkdədir. “Fətullah Gülənin ekstradisiyası qətiyyən siyasi məsələ deyil”. Belə bir açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner çıxış edib. Onun sözlərinə görə, bu, iki dövlət arasındakı ekstradisiya anlaşması ilə bağlı olan bir prosesdir. Başa düşüləndir. Bununla Amerika tərəfi əslində məsələnin siyasiləşməsinin tərəfdarı olmadığını ortaya qoyub, Türkiyə kimi mühüm və vazkeçilməz regional müttəfiqlə münasibətlərin krtik həddə çatmasından qaçmağa çalışır. Amma ABŞ rəsmiləri istəsə də, istəməsə də, sözsüz ki, məsələ həm də siyasidir. Çünki Türkiyədə 15  iyul “darbe girişimi”nin arxasında məhz ABŞ-ın durması haqda qardaş ölkə toplumunda, onun siyasi kəsimində daşlaşmış rəy var. Doğrudur, son vaxtlar rəsmi Ankaranın siyasətində bu iddianı bir qədər yumşaltmaq və diqqəti daha çox F.Gülənin ekstradisiyasına yönəltmək istəyi müşahidə edilir ki, bu da anlaşılandır: Türkiyə xarici siyasətdə praqmatik kursa qayıtmaq məramı göstərir. Təsadüfi deyil ki, XİN başçısı Mövlud Çavuşoğlu ötən həftəsonu verdiyi bir açıqlamada “Türkiyədəki hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq edilməyib” ifadəsini də işlədib. Lakin cənab Çavuşoğlu bunu da əlavə edib: “Bununla belə, rəsmi Ankara bəyan edir ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə rəy formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır”. Nazir bir daha bildirir ki, Türkiyə əvvəl olduğu kimi, Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.Bəs ikitərəfli münasibətlərdə Gülən əngəli bu həftə aşıla bilərmi? Böyük ehtimalla, məhz ABŞ “ədliyyə generalları”nın  Türkiyə səfəri məsələyə xeyli dərəcədə aydınlıq gətirəcək, hətta nöqtə qoyacaq. Səfərdən dərhal sonra vitse-prezident Baydenin Ankaraya səfərinin planlaşdırılması bu qənaəti gücləndirir. Çünki siyasi ekspertlərə görə, həmin səfərlərdə əsas müzakirə mövzusu məhz Gülənin ekstradisiyası olacaq. Bir sözlə, Türkiyə-ABŞ münasibətlərində kritik bir həftə başlayır. Ağ Evin Gülənlə bağlı qərarı isə sözsüz ki, onun Azərbaycanla əlaqələrinə də təsirsiz ötüşməyəcək. Çünki ABŞ-Türkiyə münasibətləri ölkəmiz də daxil, böyük bir regionun siyasi aqibətinə təsir edəcək gücdə olan mühüm faktordur. Başqa yandan, Azərbaycan öz xarici siyasət kursunda istər-istəməz qardaş ölkənin – əsas təbii müttəfiqinin siyasi qayğılarını və gözləntilərini də ciddiyə almalı olur.   Bu arada F. Gülən bu gündən etibarən onun taleyi ilə bağlı başlayacaq Ankara-Vaşinqton kritik danışıqlarından söz açaraq bildirib ki, ABŞ Türkiyənin təqdim elədiyi materiallarda onun ekstradisiyası üçün qanuni əsaslar tapmayacaq. Bu barədə qazeta.ru “əl-Arabiya” telekanalına istinadən xəbər yayıb.“Düşünmürəm ki, Amerika yanlış qərar verəcək və bununla da özünü beynəlxalq birliyin qınağına tuş edəcək. Bu, yalnız o halda mümkün ola bilər ki, Amerika quru iddialarla aldadılsın. Türkiyə artıq mənim həbsimlə bağlı sifariş göndərib, ancaq ABŞ məhkəməsi bunu rədd edib – əgər öz mənbələrimə inansam”.Ancaq iş ondadır ki, “Gülən işi” nə qədər hüquqi prosedura kimi təqdim edilsə də, artıq vurğulandığı kimi, həm də siyasiləşib. Ayrı sözlə, Ankara və Vaşinqton arasında Gülən müəyyən mərhələdə siyasi bazarlıq predmeti də ola bilər. Olacaqmı, yoxsa Ağ Ev öz milli maraqlarını artıq təhlükəli planları de-şifrə olmuş bir şəxsin maraqlarına qurban verəcək? Hər necə olmasa, qarşıdakı bir həftə əsas suala aydınlıq gətirməlidir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler