Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye 15 iyuldan sonra Atatürk Türkiyesinden Ərdoğan Türkiyesine çevrildi”

28 Eylül 2016

9:40 pm


29/09/2016 [01:38]: xeber –
Elm və texnikanın müasir inkişaf səviyyəsi dünyanı daha da qloballaşdırmış və bu da öz növbəsində ictimai münasibətlərin yeni səviyyəyə çıxması ilə nəticələnmişdir. Dünyanın hər hansı bir yerində baş verən hadisə az bir zamanda hər yerə çatır və ümumi müzakirəyə çevrilir. Necə deyərlər hamının hər şeydən xəbəri olur. Eyni ilə Türkiyədə baş verən olaylar kimi. Sözsüz ki, qardaş ölkədə baş verənlərə biz biganə qala bilmərik və üstəlik bu işin bir ucu da bizə gəlib çatıbsa. Bu yazımı oxucularla bölüşmək fikirindəyəm. Elm və texnikanın hazırkı inkişafı istehsalda fiziki əməyin payının nəzərə çarpacaq dərəcədə azalmasına gətirib çıxarmışdır. Bu isə istehsalda maya dəyərin aşağı düşməsi , əlavə qazancın yaranması deməkdir. Lakin bu gəlirlərdən ədalətsiz bölgü nəticəsində kapitalistlər daha çox qazanmağa başlamışlar. Belə desək klassik kapitalistlər indikilərdən daha insaflı olmuşlar. Beləliklə, əvvəlki dövrlərlə müqayisədə kapital yığımına yiyələnmək daha asanlaşmışdı. Bunun üçün ən qısa yollardandan biri hakimiyyət əldə etməkdən keçir. Uzağa getmək lazım deyil, cəmi cümlətanı bir neçə il hakimiyyətdə olan Yankoviçin, o qədər də varlı olmayan bir ölkədə, özünə əməlli-başlı ”gün-güzəran” düzəltməsi göz qabağındadır. Hakimiyyətdə olmaq tükənməz imtiyazlara malik olmaq (qanuni, üstə gəl qeyri- qanuni) deməkdir desək Amerika kəşf etmərik. Ola bilər ki, uzaq keçmişdə yalnız xalqı üçün hakimiyyətə can atan olub, indi isə beləsinin olacağına inanmıram. Olsa belə onları hakimiyyətə yaxın buraxmazlar.    2011-ci ilin əvvəlində Aralıq dənizinin cənubunda baş verən hadisələri, yeni dövrün başlanğıcı, demokratiyaya keçid, güclərin maraqlarının toqquşması və s. kimi izah edənlər tapıldı. İndiyə qədər davam edən (Suriya) bu prosseslərdə göstərilən amillərin olmasını inkar etməməklə bərabər, bunlardan daha önəmli olan bir faktoru görməmək mümkün deyil– ədalətli padşah axtarışı. Bu halda hadisələrə “ərəb baharı” kimi yox, Aralıq dənizi hövzəsinin ölkələrində hakimiyyət böhranı kimi yanaşılsa tamamilə başqa mənzərə alınar. Fərqi yoxdur istər demokratik (Yunanıstan, İtaliya, İspaniya və s.), istərsə də qeyri-demokratik ( Misir,Liviya, Tunis, Yəmən, İordaniya və s.)  ölkə olsun. Bir-biriləri ilə daimi təmasda olan bu ölkələrdə məmur özbaşınalılığı, koorrupsiya, hakimiyyətdəkilərin dövlət üşün yox, özləri üçün çalışmaları, xalqın çətinliklərinə etinassızlıaları, yüksək çinli məmurların yaxınlarının ölkədə at oynatmaları və qanunları saya salmamaları, mafiozların özlərini daha rahat hiss emələri və s. kimi amillər kütlələrin bu etirazlarda sayını dəfələrlə artmasına gətirib çıxardı ki, bu da sonluqda həmin ölkələrdə hakimiyyət dəyişiklikləri ilə nəticələndi. Deməli “ədalətli padşah” məsələsi demokratik ölkələr üçün də aktuallaşıb. Sadəcə demokratik ölkələrdə hakimiyyət dəyişməsi qansız-qadasız, qeyri-demokkratik olkələrdə isə faciələrlə baş verdi. Bu qarışıqlıq içərisində isə yalnız Türkiyə heç nə olmayıbmış kimi öz yolu ilə gedirdi. Bəli, ədalətli padşah– baş nazir Ərdoğanın sayəsində. Onun şəxsi nümunəsi, Türküyə dövlətinin möhkəmlənməsində güzəştsiz mövqe tutması, hətta keçmiş dövrlərdə buraxılmış səhvləri aradan qaldırmaqla hökumətin nüfuzunu artırması, iqtisadi sahədəki təmənnasız mövqeyi, xalqını dinləməyə həmişə hazır olması bir lider kimi xalq tərəfindən qəbul edilməsinə gətirib çıxarmışdır. Öz xalqından dəstək alan lider həmişə beynəlxalq aləmdə özünü daha inamlı hiss edir. Ərdoğan da belə bir lider olduğundan regionun digər xalqlarının da haqlarını beynəlxalq güclərlə kəllə-kəlləyə gəlsə də müdafiə etməkdən çəkinmədi. Beləliklə Ərdoğanın və deməli həm də Türkiyənin nüfuzu daha da artdı. Nə qədər ki, xanım Teççer baş nazir idi ABŞ Avropada hər hansı bir məsələnin həllini onunla çözürdü, o siyasi səhnədən gedəndən sonra onu əvəz edən tapılmadı. İngilislərdən sonra bu yerə iddialı ya Almaniya, ya da Fransa olmalı idi, amma haqlı olaraq Obama, Yaxın Şərqdə kifayət qədər böyük nüfuza malik olan Ərdoğanı seçdi. Bu isə karayerist Sarkozini razı salmadığından Türkiyə dövlətinə və Ərdoğana nifrətini gizlətmirdi. Yox, mən çaşmamışam. Yuxarda dediyim fikirin arxasında dayanıram, “xalqı üçün çalışan adamı hakimiyyətə yaxın buraxmazlar”. Bəs necə oldu ki, Süleyman Dəmirəlin, Tansu Çillərin, Məsud Yılmaz və s. siyasətdə olduğu dövrdə xalqın içərisindən çıxmış, o qədərdə tanınmayan bir adam baş nazir oldu? Ona görə ki, o zaman Ərdoğan nurçularla bir yerdə idi və onun arxasında həm də nurçular dururdu. İndi nə baş verdi? Xalqdan dəstək alan Ərdoğan zaman keçdikcə daha təkəbbürlü oldu. Əvvəlki dövrlərdə olduğu kimi müxalif partiyalarla təmas qurmur, hər çıxışında onların ünvanlarına nəsə deməyi yaddan çıxarmır. Uzun müddət hakimiyyətə olmaq və xalqdan aldığı güc onda özünəvurğunluluq yaratmağa başlamışdı. Krım hadisələrində Türkiyənin mövqeyi ABŞ üçün maraq kəsb etsə də Obama əvvəlki kimi onunla məsləhətləşmək fikirinə düşmədi. Yəni Ərdoğan Obamanın yanındakı postunu da itirdi. Türkiyə Almaniya kimi bir ölkə olsa onun təkəbbürlüyü, müstəqil hərəkət etməsini məğbul saymaq olar. Amma Tükiyənin, türkdilli ölkələrin kifayət qədər problemləri var və bu problemlərin həlli üçün super güclərin yanında olmaq vacibdir.   Beləliklə özünəvurğunluğun növbəti gedişi kimi 2013-ü ilin payızında baş verən rüşvət qalmaqalı Ərdoğana öz iradəsini daha da irəllətmək üçün fürsət verdi və xalqdan aldığı dvidendi hərəkətə gətirdi Hələ o vaxtda da aydın hiss olunurdu ki, onun hədəfi  Gülən və gülənçilərdir. Ərdoğan əlində olan bütün rıçaqlardan istifadə edərək əks hücuma keçdi. Əgər prokuror rüşvət faktını aşkarlayırsa o nəyə görə işdən çıxarılır, bəs prokurorun vəzifəsi nədir?  Rüşvət alanlara qarşı sərt olmaq əvəzinə, onu aşkarlayanlara təpki göstərmək və Obamaya zəng edib  Güləni ondan istəməklə o, belə bir fikiri önə çəkmək istəyirdi ki, yuxarıların işinə heç kəs qarışa bilməz və onlar təftiş edilməməlidirlər, ortadakılar isə aşağılara yox, yuxarıdakılara xidmət etməlidirlər. Belə görünür ki, Ərdoğan hakimi mütləqə çevrilməsində iki maneə görüb, hərbi qüvvələr və gülənçilər. Birincilər tarix boyu Türkiyə dövlətçiliyinin qarantı olub və siyasətçilər sarsaqlayanda öz iradələrini ortaya qoymaqla dövləti sapmalardan çəkindiriblər. Əslində hərbi qüvvələrə münasibətdə Ərdoğan qərbin çoxdankı arzularını həyata keçirmiş oldu. Konstitutsiyaya dəyişiklik etməklə öz istəyinə nail olan Ərdoğanın  fikirincə bu halda Türküyə daha möhkəm bir dövlətə çeviriləcək. Bu möhkəmliyi gobud da olsa, dəmir betonla, sement betonun fərqi kimi  müqayisə etmək olar. Birincilərin çat verməsi hələ parçalanma yaratması demək olmadığı halda, ikincinin çat verməsi elə parçalanmanın özüdür.          Gülənçilərə qarşı aparılan işlər fərqli olmalı idi və fərqli oldu da. Son hadisələrin təhlilində bu fakt özünü büruzə verir ki, 2013 ilin sonunda baş verən hadisələrdən sonara (ola bilsin ki,əvvəllər bu qeyri-leqal formada olub) ölkədə gülənçilərə təzyiqlər artan xətlə inkişaf edib və dözülməzlik həddinə gəlib çatıb ki, 15 iyul hadisələri də baş verib. Burada çoxlu müəmmalar var.Məsələn, hansı konkret fakt var ki, bu hadisələrin arxasında Çülən və onun tərəfdarları dayanıb? Yaxud, məmur tayfabaz olar, yerliçi olar, korrupsener olar, təxribatçı olar, agent olar və s. amma, terror hara, məmur hara? Paralel dövlət nə deməkdir? Demokratik dövlətdə qanunların işlək olduğu halda parallel dövləti necə qurmaq olar? Niyə Gülənə danışmaq qadağan olunub və s. Dünyanın 160 ölkəsinin yüksək elitasında  söz sahibi olan Gülənin adına nə deyilmədi ki; bir neçə ölkənin agenti, erməni əsilli, kilsənin tapşırıqlarını yerinə yetirən, Türkiyəni parçalamağa cəhd edən, gənclərin beyinlərini  oğurlayan, din pərdəsi altında gizlənən iblis və s. Onda bir belə təxribatçı əməllərin yiyəsi niyə indiyə qədər ifşa olunmayıb?Sən demə Türküyədə çevriliş baş versəydi dünyada 22 dövlət parçalanacaqdı (???…) Yaxud da, ölkə əhalisinin avanqard hissəsini təşkil edən vətəndaşlarının az qala üçdə bir hissəsinin ölkəni parçalamağa cəhd etməsi nə qədər ağıla batandır? Əcaba, Gülən bir belə gücə malik olan adamdırsa, onda onun növbəti seçkilərdə Ərdoğanı əvəz etməyə haqqı varmış ki. Hələlik, hay-küylə Ərdoğan öz istəklərinə nail oldu, amma  hakimiyyət keçici, əqidə isə əbədidir.  Beləliklə, 15 iyul hadisələrindən sonara Türkiyə, əgər belə demək mümkünsə, Atatürk Türkiyəsindən, Ərdoğan Türkiyəsinə çevrilmiş oldu. Qərbdən imtina edib, şimala üz tutmaqla Ərdoğan nəyə nail olmaq istəyir? Axı, şimal qonşumuzun dostluğu həmişə oyundan başqa bir şey olmayıb. Bir vaxtlar Ukraynanın toxunuzmazlığına zəmanət verib, ondan nüvə başlıqlarını aldıqdan sonara Krımı ilhaq edən və Ukraynanı atom bombası ilə hədələyən elə şimal qonşumuz deyildimi. Bəlkə Rusiya gələcəyinin türkdilli dövlətlərlə bağlı olduğunu dərk edib Pyotrun vəsiyyətini dostluq yolu ilə həyata keçirmək istəyir? Bəlkə,dəlidən doğru xəbər deyimini əsas tutaraq Jirnovskinin, Rusiyanın gələcəyinin Ermənistanla yox, Türkiyə ilə bağlı olması fikirini yuxarılardan gələn fikir kimi qəbul edək? Belə olsaydı daha yaxşı olardı, ona görə ki, bu  Azərbaycan üçün çoxlu ümüdlər yaradır. İndiki vəziyyətdə Qarabağ məsələsi Türküyə- Rusiya münasibətlərinin səmimiliyinin göstəricisi rolunu oynaya bilər. Yazını xoş ovqatla başa vurmaq olardı amma, bir sümsü səsi olmasaydı; “İsgəndərin buynuzu var, “İsgəndər”in buynuzu var”. Allah axırın xeyirə calasın.   Zabil Həsənov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler