Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk-rus yaxınlaşmasının diriltdiyi “serhed qorxusu”

09 Ağustos 2016

1:12 pm


09/08/2016 [17:10]: xeber –
Son vaxtlar Türkiyə və
Rusiya arasında münasibətlərin əhəmiyytli dərəcədə yaxşılaşması müşahidə edilməkdədir.
Xüsusilə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dəstəyinə
ehtiyac hiss etdikləri ilə bağlı etirafı və  “dostumuz Vladimir” ifadəsindən sonra bu
münasibətlərin Türkiyə-Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyəcəyi ilə
bağlı narahatlıqlar meydana çıxmaqdadır.

Maraqlıdır, Türkiyə-Rusiya
yaxınlaşması Türkiyə-Ermənistan sərhədlərinin açılmasını aktuallaşdıra bilərmi?

Bununla bağlı
sayt-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalın
reallaşacağına inanmadığını vurğuladı:

“Məsələ bundadır ki,
Türkiyə və Ermənistan sərhədlərinin açılması ilk növbədə Rusiyanın özünün
marqlarına cavab vermir. Çünki Ermənistan-Türkiyə sərhədləri açılarsa, o zaman
bu, türk iqtisadiyyatı, türk mədəniyyəti, türk faktorunun Ermənistanın həyatında
yayılmasına, yer tutmasına səbəb olacaq ki, bu da rus amilini əhəmiyyətli dərəcədə
zəiflədəcək. Rusiya isə bunu istəmir. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin
daim gərgin qalmasında maraqlıdır. Çünki belə olanda Rusiya istədiyi kimi
manevr edə, öz istəyini asanlıqla reallaşdıra bilir. Buna görə də Rusiya-Türkiyə
yaxınlaşmasının Türkiyə-Ermənistan sərhədlərinin açılmasına səbəb olacağı
ehtimalınını inandırıcı hesab etmirəm”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler